“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltdı – Zelenski od püskürdü...

Tarix 10.10.26, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Maliyyə Nazirliyi Rusiya mənşəli dizel yanacağının idxalını və əməliyyatlarını nəzərdə tutan (135 nömrəli baş lisenziya) yayımlayıb. Sənədə əsasən, əvvəllər amerikalıların tətbiq etdiyi sanksiyalarla qadağan olunan əməliyyatlara müvəqqəti icazə verilib.

Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) qərarı ilə Rusiya dizel yanacağının satışı, tədarükü, boşaldılması və ABŞ ərazisinə idxalı 2027-ci il aprelin 7-dək (ABŞ-ın şərq sahili vaxtı ilə saat 12:01-ə qədər) leqallaşdırılıb. Bununla belə, lisenziya vəsaitlərin Rusiya Mərkəzi Bankının, Milli Rifah Fondunun və ya Rusiya Maliyyə Nazirliyinin ABŞ maliyyə institutlarındakı hesablarına köçürülməsinə icazə vermir.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə "çox uğurlu" telefon danışığı apardığını və tərəflərin Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

Trampın sözlərinə görə, Putin dərhal 300 min tondan çox, noyabr ayında isə əlavə 500 min ton dizel yanacağı tədarük etməyə razılaşıb. Gələcəkdə isə Rusiya neft emalı zavodlarının vəziyyəti nəzərə alınmaqla, bu həcmin əvvəlcə 1 milyon ton, daha sonra isə əlavə 3 milyon ton artırılması nəzərdə tutulur. Beləliklə, ümumilikdə təqribən 5 milyon ton yanacaqdan söhbət gedir, baxmayaraq ki, ABŞ prezidenti tədarükün dəqiq şərtləri və müddətlərini açıqlamayıb.

Amerika lideri bu razılaşmanı dünya üzrə dizel yanacağı qiymətlərini aşağı salmaq niyyəti ilə əlaqələndirib. O, ABŞ-ın Hörmüz boğazı üzərindəki nəzarəti və Rusiya tədarüklərinin bərpası sayəsində qiymətlərin sürətlə aşağı düşəcəyini vurğulayıb: "Qiymətlərin amerikalılar, xüsusilə də bizim əvəzolunmaz fermerlərimiz, heyvandarlarımız və sürücülərimiz üçün ucuzlaşması mənim baş məqsəddir."

Rusiya tərəfi neft və neft məhsullarını Amerika və dünya bazarlarına tədarük etməyə hazır olduğunu təsdiqləyib. Kremldən bildirilib ki, bu addım qlobal iqtisadiyyata müsbət təsir göstərməlidir. Lakin Kreml Trampın açıqladığı konkret həcmləri və müddətləri hələlik təsdiqləməyib.

Məlumata görə, liderlərin telefon danışığında Ukraynadakı müharibənin nizamlanması perspektivləri, İran ətrafındakı vəziyyət və ikitərəfli münasibətlərin digər aspektləri də müzakirə olunub. Tərəflər şəxsi təmasları, həmçinin prezident administrasiyaları və xüsusi xidmət orqanları xətti ilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun Rusiya dizel yanacağının dünya bazarlarına çıxarılmasına müvəqqəti icazə verməsini kəskin tənqid edib. O, deeskalasiya ilə bağlı dəqiq razılaşmalar olmadan sanksiya təzyiqinin zəiflədilməsini "açıq-aşkar zəiflik" adlandırıb.

“Rusiyaya qarşı istənilən sanksiya yumşalması açıq-aşkar zəiflikdir. Bu, Rusiyanın xeyrinə işləyir – o, daha çox öldürəcək, daha uzun müddət müharibə aparacaq, Amerikaya daha az hörmət edəcək və dünyaya daha çox ziyan vuracaq”, – deyə Zelenski qeyd edib.

Ukrayna lideri həmçinin Avropa İttifaqının rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridmandan sanksiyaları qaldırmasını xatırladaraq, bundan sonra Rusiyanın Ukraynaya zərbələrini daha da gücləndirdiyini iddia edib. O, Rusiyanın cəbhədəki uğursuzluqlarını mülki obyektləri atəşə tutmaqla kompensasiya etməyə çalışdığını bildirib.

Oktyabrın 9-da Mayamidə Ukrayna nümayəndələrinin, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşnerin, həmçinin Böyük Britaniya, Almaniya, Fransa, Avropa Komissiyası və NATO nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdən sonra danışıqları şərh edən Stiv Uitkof müzakirələri "konstruktiv" adlandırıb. Onun sözlərinə görө, tərəflər münaqişənin deeskalasiyası və başa çatdırılması imkanlarını, qışa hazırlıq tədbirlərini (enerji dayanıqlığı və taxıl ixracı), təhlükəsizlik zəmanətlərini, eləcə də Ukraynanın bərpası və Aİ-yə inteqrasiyası məsələlərini müzakirə ediblər. Digər iştirakçılar hələlik görüşlə bağlı rəsmi açıqlama verməyiblər.

Xatırladaq ki, oktyabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putin enerji sazişi təkliflərini şərh edərkən ölkəsində kifayət qədər dizel yanacağı olduğunu, lakin Qərb sanksiyalarının onun ixracına maneə törətdiyini bildirmişdi. Trampın elan etdiyi həcmlərdə faktiki tədarüklərin başlanması barədə hələlik rəsmi məlumat yoxdur. (Azpolitika)



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap