“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Aİ rəsmisi mənə güllələnən Baş nazirin aqibətini xatırlatdı“ - Gürcüstanın Baş naziri

Tarix 23.05.24, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


“Avropa Komissiyasının üzvlərindən biri mənə zəng etmişdi. Həmin telefon söhbətində o, Slovakiyanın Baş naziri Robert Fitsonun sui-qəsd faktını misal gətirərək, ehtiyatlı olmağı belə məsləhət gördü”.

APA-nın “ghn.ge”yə istinadən xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

O bildirib ki, ölkəsində qəbul olunan “xarici təsir” qanununa görə verilən bu mesajı şəxsən özünə təhdid kimi qiymətləndirir.

Kobaxidze vurğulayıb ki, son vaxtlar ölkə daxilində cəmiyyət əcnəbi siyasətçilərin açıq-aşkar təhdidlərə əl atdığının şahidi olur:

“Bu məlumatı xalqla bölüşmək mənim borcumdur. Robert Fitsonun güllələnməsindən sonra bizə qarşı yönələn təhdid dünyanın son dərəcə təhlükəli tendensiyalarla qarşılaşdığının bariz nümunəsidir. Əminəm ki, həmin qüvvələrin Gürcüstanla bağlı planı bu dəfə də iflasa uğrayacaq. Ölkəmiz mövcud sabitliyi qoruyub saxlaya biləcək və inkişafa doğru addımlamaqda davam edəcək”.



Xəbərin oxunma sayı : 883




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap