Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

“Aİ silah alınması üçün yeni büdcə formalaşdırıb“ - Borrel

Tarix 29.05.24, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı büdcəsi silah almağa imkan vermir.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Brüsseldə baş tutan Şuman Təhlükəsizlik və Müdafiə Forumunda çıxışı zamanı danışıb.

O bildirib ki, buna görə də üzv dövlətlərin bu çətin silah təminatı məsələsində tərəfdaşları dəstəkləməyə qərar vermələri üçün büdcə formalaşdırıblar:

"Tərəfdaşlarımızla necə daha yaxşı işləyə bilərik? Birincisi, quruda və dənizdəki missiyalarımız vasitəsilə. İkincisi, parlamentarilərin səs verdiyi Avropa İttifaqı büdcəsinə aid olmayan Avropa Sülh mexanizmi vasitəsilə potensialın yaradılmasını dəstəkləməklə. Avropa Sülh mexanizmi üzv dövlətlər tərəfindən dəstəklənən bir alətdir, çünki Avropa İttifaqının büdcəsindən silah almaq olmur və buna görə də biz üzv dövlətlərin silah təminatı məsələsində tərəfdaşlarımızı dəstəkləməyə qərar vermələri üçün əlavə büdcə formalaşdırdıq. Tərəfdaşlarımızla daha yaxşı işləmək üçün üçüncü vacib məqam isə təhlükəsizlik dialoqumuzu genişləndirmək və dərinləşdirməkdir".

C.Borrel qeyd edib ki, onlar dünya ətrafında təhlükəsizliyi qorumaq və sülhü təşviq etmək üçün əlaqə yaratmaqda maraqlıdır:

"Bu gün iqlim dəyişikliyi də dünyanın təhlükəsizlik problemlərindən biridir. Biz təhlükəsizliyi təmin etmək üçün həm də bu məsələni diqqətdə saxlamalıyıq. Bizim böyük məsuliyyətimiz var. Körpülər quraraq, başqalarının prioritetlərini başa düşərək münasibətləri daha yaxşı formada tənzimləmək olar. Partnyor olmaq üçün, balanslı partnyorluq yürütmək üçün digərlərinin prioritetlərini başa düşmək çox vacibdir, ümid edirəm, bu forumun sonunda biz buna nail olacağıq".



Xəbərin oxunma sayı : 1057




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap