Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Altay“ tankının seriyalı istehsalı başladı - Hansı özəlliklərə sahibdir?

Tarix 29.10.25, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin ən böyük müdafiə sənayesi layihələrindən biri olan və milli imkanlarla inkişaf etdirilən "ALTAY" tankının seriyalı istehsalı prosesi rəsmi olaraq başlayıb.

Açıqlanan təqvimə görə, ilk mərhələdə 3 ədəd "ALTAY T1" konfiqurasiyasındakı tank Türkiyə Silahlı Qüvvələrinə təslim edilib. Bu tankların ilkin mərhələdə Cənubi Koreya mənşəli güc qrupu ilə təchiz olunacağı bildirilib.

Tankların təslimatının tədricən aşağıdakı kimi artacağı gözlənilir:

- 2025-ci il - 3 tank (tamamlandı);

- 2026-cı il - 11 tank;

- 2027-ci il - 41 tank;

- 2028-ci il - 30 tank (T1 konfiqurasiyası).

Beləliklə, 2028-ci ilin sonuna qədər cəmi 85 ədəd T1 tankının inventara qatılması hədəflənir. Eyni zamanda, 5 illik dövrdə ümumilikdə 250 Altay Tankının Türk Silahlı Qüvvələrinin sıralarında olacağı açıqlanıb.  Zavodda hər ay 8 tankın istehsal olunması planlaşdırılır. Məlumata görə, layihənin sonrakı mərhələlərində əsas diqqət yerli inkişaf olunan BATU Güc Qrupuna keçid olunacaq. 1500 at gücündə olan bu mühərrik və ötürücü dəsti ilə T2 konfiqurasiyasında tank istehsalına başlanılması planlaşdırılır. "BMC Power" tərəfindən hazırlanan bu mühərrikin həcmi 27.3 litr olub, adi bir minik avtomobilinin mühərrikindən təxminən 17 dəfə böyükdür.

Altay tankının texniki xüsusiyyətləri belədir:

- Güc - 1500 at gücündə mühərrik;

- Şassi - Hidropnomatik asqı sistemi ilə təchiz olunub, bu da paletlərin avtomatik olaraq qalxıb-enməsinə imkan yaradır;

- Zireh - Personalı qorumaq üçün inkişaf etdirilmiş qalın zireh texnologiyasından istifadə olunub. Tankın üzərindəki qəfəs dizaynı isə dron və anti-tank mərmilərinə qarşı əlavə müdafiə təbəqəsi yaradır;

- Aktiv Müdafiə Sistemi - ASELSAN tərəfindən istehsal olunan AKKOR adlı aktiv müdafiə sistemi tankı qəbul ediləcək tank əleyhinə mərmilərdən qoruyur;

- Əlavə sistemlər: Lazer aşkarlama və xəbərdarlıq sistemi, hissəcik sistemi və yüksək minadan müdafiə qabiliyyəti.

Qeyd edək ki, bu addım beynəlxalq arenada Türkiyənin tam müstəqil müdafiə sənayesi vizyonu istiqamətində tarixi bir nailiyyət kimi qiymətləndirilir. 



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap