Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” - Nikol Paşinyan

Tarix 26.10.25, 12:36

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Ermənistanda Araqatsot vilayətindəki Ovanavank məbədində hakimiyyət tərəfindən dəstəklənən, keşiş Stepan Asatryanın ibadət mərasimi keçiriləcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Asatryan Ermənistan Apostol Kilsəsinin intizam komissiyasının qərarı ilə ruhani rütbəsindən məhrum edilib. Komissiyanın nəticələrinə və Araqatsotn yeparxiyasının rəhbərinin məruzəsinə əsasən, onun ictimai çıxışları Kilsəni və ruhaniyyəti nüfuzdan salıb. Bundan sonra Asatryan hökumətin kilsə strukturlarını tənqid edən siyasətini açıq şəkildə dəstəklədiyini bəyan edib. Eçmiədzin (red- Eçmiədzin (əvvəllər Vağarşapat) erməni xalqı üçün xüsusi yer tutan bir şəhərdir) bildirib ki, Asatryanın ibadət icra etməyə haqqı yoxdur və hakimiyyət onun addımlarını dəstəkləməklə Ermənistan Apostol Kilsəsində parçalanma yaratmağa çalışır.

Səhər tezdən Baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə qara geyimdə canlı efirə çıxaraq bildirib ki, “Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” və bu gün Ovanavankda keçiriləcək liturgiya bu mərhələnin başlanğıcını simvolizə edir. O deyib ki, kilsənin indiki iyerarxları “bizim müqəddəslərin müqəddəsi – Birinci Taxt Müqəddəs Eçmiədzini murdarlığın zəncirləri altında saxlayır”.


“Eçmiədzinin azad edilməsi gündəliyi çoxdan yetişib”, — deyə Baş nazir bəyan edib. Paşinyanın sözlərinə görə, bu gün hər bir Ermənistan Apostol Kilsəsi nümayəndəsi və eləcə də ruhanilər seçim etməlidirlər. O, çıxışını Davudun birinci Məzmurunu oxuyaraq başa vurub.

Qeyd edək ki, ibadət 11:00-da başlayacaq. Ovanavank ərazisinə davamlı şəkildə yeni polis qüvvələri cəlb edilir, əraziyə nəzarət gücləndirilir.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap