Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

İmamoğlu və daha 2 nəfər barədə həbs qərarı verildi - Casusluqda ittiham olunurlar

Tarix 27.10.25, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə “siyasi casusluq” ittihamı ilə aparılan istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və CHP-nin prezidentliyə namizədi Ekrem İmamoğlu, TELE1 telekanalının baş redaktoru Merdan Yanardağ və İmamoğlunun müşaviri Necati Özkan barəsində məhkəmə tərəfindən həbs qətimkan qərarı çıxarılıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun açıqlamasına görə, üç nəfər “Türk Cinayət Məcəlləsinin 328/1 maddəsi ilə tənzimlənən siyasi casusluq” maddəsi ilə Sulh Cinayət Hakimliyinə göndərilmişdi. Hakimlik dindirilmələrdən sonra onların hər üçünün barəsində tutuklama (həbs qətimkan) qərarı verib.

Silivridə saxlanılan CHP lideri və İstanbul bələdiyyə başçısı İmamoğlu dünən səhər saatlarında Çağlayan məhkəməsinə gətirilib. Onun ifadə prosesi beş saatlıq gecikmədən sonra, saat 16:05-də başlayıb.

Eyni istintaq çərçivəsində saxlanılan Merdan Yanardağ və Necati Özkan da axşam saatlarında ifadə veriblər. Üç nəfərin prokurorluqdakı dindirilməsi 22:00 radələrində başa çatıb.

İstintaq materiallarına əsasən,  İmamoğlu rəhbərlik etdiyi “çıxar məqsədli cinayət təşkilatı” vasitəsilə CHP-nin qanunsuz yollarla nəzarətə götürülməsi, prezident seçkiləri üçün qanunsuz maliyyə fondunun yaradılması, eləcə də İstanbul sakinlərinin şəxsi məlumatlarının xarici kəşfiyyat orqanlarına ötürülməsi kimi əməllərdə iştirak edib.

Baş Prokurorluğun açıqlamasında bildirilir: “Şübhəlilər Ekrem İmamoğlu, Merdan Yanardağ və Necati Özkan, İmamoğlu rəhbərliyindəki çıxar məqsədli cinayət təşkilatının casusluq fəaliyyəti çərçivəsində və xarici kəşfiyyat orqanlarının yönləndirməsi ilə fəaliyyət göstərməkdə ittiham edilirlər. İstanbul Sulh Cinayət Hakimliyi onların ‘siyasi casusluq’ maddəsi ilə həbsinə qərar vermişdir.”

Türk Cinayət Məcəlləsinin 328/1-ci maddəsinə əsasən, “dövlətin təhlükəsizliyi və ya daxili və xarici siyasi maraqları baxımından gizli qalmalı olan məlumatları siyasi və ya hərbi casusluq məqsədilə ələ keçirən şəxs” 15 ildən 20 ilə qədər həbs cəzası ilə cəzalandırılır.

Eyni istintaq çərçivəsində daha əvvəl “casusluq” ittihamı ilə həbs olunan Hüseyn Gün və İsttelkom A.Ş. şirkətinin həbsdə olan baş direktoru Melih Geçek də dünən ifadə veriblər. Gün “etkin pişmanlıq” (təqsiri etiraf edərək cəza yüngülləşdirmə) maddəsindən yararlanmaq istədiyini bildirib.

Həbs qərarından sonra Ekrem İmamoğlu qısa açıqlama verərək bildirib: “Heç bir şeyin gerçək olmadığı, hər şeyin mümkün olduğu bir dövrdə yaşayırıq”.



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap