Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Tarix 27.10.25, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.

AzFak.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həmçinin, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, yerinə Fərid Yunis oğlu Talıbov təyin edilib.

Dövlət başçısı Eldar Nadir oğlu Səlimovu Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb, yerinə Şahin Şakir oğlu Abdullayev təyin olunub.

Prezidentin digər Sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Həmçinin Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Başqa bir Sərəncamla Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
 
İlham Əliyev Əliyənnağı Mehti oğlu Hüseynovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması barədə də Sərəncam imzalayıb. Onun yerinə Taleh Balaşirin oğlu Zöhrabov təyin edilib.



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap