“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Ambiance MED şikayət etdi: “Green Farm“ın rəhbərinə “stop“ qoyuldu

Tarix 12.01.26, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Əczaçılıq və dərman vasitələrinin dövriyyəsi ilə tanınan "Green Farm" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Nizami rayon İcra şöbəsi tərəfindən MMC-nin qanuni təmsilçisi və direktoru Səmidov Afiq Həsənağa oğlu barəsində məhkəməyə müraciət edilib. 

Məlum olub ki, "Green Farm" MMC-nin bioloji fəallığa malik qida əlavələrinin Azərbaycana idxalını təşkil edən "Ambuabce MED" MMC-yə 117.669,52 manat borcu yaranıb. 

Bakı Kommersiya Məhkəməsi 2024-cü ildə sözügedən borcun ödənilməsi üçün "Green Farm" MMC barəsində qərar çıxarıb. "Green Farm" MMC-nin  əvvəlki rəhbəri Ayşən Eyvazova tərəfindən icra sənədi üzrə 1800 manat ödəniş edildiyi məlum olub.

Məhkəmənin hökmü ilə Afiq Səmidovun 2024-cü il tarixli icra sənədi icra olunanadək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, "Green Farm" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 26727.32 AZN vergi borcu var. "Ambuabce MED" MMC-nin baş direktoru və qanuni təmsilçisi Əliyeva Elnarə Mədət qızıdır. 
Elnarə Əliyeva

Elnarə Əliyeva 4 il əvvəl Dövlət Gömrük Komitəsi ilə bağlı iddia ilə gündəmə gəlmişdi. O, idxal etdiyi bioloji fəallığa malik qida əlavələrinin rəsmiləşdirilmə prosesi zamanı gömrük orqanları tərəfindən malın gömrük dəyərinin qanunsuz şəkildə artırıldığını iddia etmişdi. DGK isə xanım sahibkarın iddialarını rədd edərək, onun həqiqətə uyğun olmayan, əsassız iddialar səsləndirməkdə ittiham etmişdi. Açıqlamada qeyd edilmişdi ki, xanım sahibkarın rəhbərlik etdiyi şirkət tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətlərilə kəskin fərqlənməsi müəyyən edilib.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap