“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Tarix 11.01.26, 23:12

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu, Saray qəsəbəsi, Bağlar massivi, Soltanbəy küçəsində yaşayan sakinlər son illər ərazidə göllərin qurudulması və yerində binaların tikilməsi nəticəsində yaranan problemlərdən şikayətlənirlər.

Sakinlərdən biri rəsmi qurumlar tərəfindən verilən vədlərin icra olunmadığını bildirib: "Biz üç il bundan əvvəl "Azərsu" və Abşeron Rayon İcra Hakimiyyətinə 200-300 nəfərin imzası ilə məktub göndərmişik. Bizə demişdilər ki, 2025-ci ildə kanalizasiya işimiz həll olunacaq. 2026-cı il oldu, amma hələ bir şey yoxdur".

Digər bir sakin isə yaranan problemin artıq evlərin bünövrəsinə ciddi ziyan vurduğunu bildirir: "Bu dəqiqə hamının evinin zirzəmisi suyun içindədir".

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Saray qəsəbəsinin yeni yaşayış massivlərində kanalizasiya xətləri olmadığından sakinlər çirkab quyularından - şambolardan istifadə edirlər. Bu isə qəsəbənin relyefinə görə çökək olan ərazilərdə qrunt sularının üzə qalxmasına, yağmurlu günlərdə isə subasmaya səbəb olur. Saray qəsəbəsində problemin həlli məqsədilə kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı aidiyyəti üzrə müraciət olunub.






Xəbərin oxunma sayı : 253




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap