| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Xətaidə ötən ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi - Fotolar
Tarix 09.01.26, 17:43 |
|
Bu gün Xətai rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AzFakt.com xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin büstünün önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, millət vəkilləri - Zahid Oruc, Mixail Zabelin, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağında qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmizdə inkişaf və tərəqqi ili olub. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilmiş, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub. Bu inkişaf Xətai rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, şəhərsalma və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaradıb.
Hesabat dövründə rayonun sənaye, xidmət və tikinti sahələrində fəallıq artmış, istehsal və xidmətlərin həcmi yüksəlib. 2025-ci ilin əvvəlindən rayonun sənaye sahələrində 698,9 milyon manatlıq məhsul istehsal edilmiş, xidmət sahələri üzrə göstəricilər 861 milyon manata çatıb. Əhalinin məşğulluğu təmin edilmiş, 7.957 nəfər işlə təmin olunmuş, 896 aztəminatlı ailə sosial yardımla əhatə edilib. Özünüməşğulluq proqramına 189 nəfər cəlb edilmiş, peşə hazırlığı kurslarından 417 nəfər işlə təmin olunub.
Rayonda infrastruktur sahəsində mühüm işlər görülüb, qaz xətləri çəkilib, liftlərin yenilənməsi, istilik sisteminin təkmilləşdirilməsi və yol tikinti-quraşdırma işləri aparılıb. 8 modul tipli istilik qazanxanasının tikintisi nəzərdə tutulur. Yol infrastrukturu və küçə abadlığı işləri çərçivəsində səkilər, asfalt örtükləri və yol nişanları müasir standartlara uyğunlaşdırılıb.
Rayonda sosial, mədəni və şəhərsalma layihələrinin icrası uğurla davam edib. 2025-ci ildə Xətai rayonunda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri yalnız rayonun müasir və estetik görkəminin formalaşdırılmasına deyil, həm də sakinlər üçün rahat, təhlükəsiz və komfortlu şəhər mühitinin yaradılmasına, ictimai məkanların funksional və ekoloji baxımdan zənginləşdirilməsinə xidmət etmiş, rayonun inkişafına əhəmiyyətli töhfə verib.
Hesabat dövründə Gənclik parkı, Heydər Əliyev adına istirahət parkı, Lalələr parkı, Nizami parkı, Zəfər parkı, Sevirəm parkı, Qənimətlər parkı, Polad Həşimov və Rahib Məmmədov küçələrində yerləşən parklar, Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsinin yerləşdiyi park, 8 noyabr prospekti boyu yaşıllıqlar, eləcədə rayonun digər ünvanlarında yerləşən abad məhəllələr və parklarda mövcud ağac və yaşıllıqlara aqrotexniki qaydalar uyğun olaraq xidmət göstərilmiş, parkların ərazisində mütəmadi olaraq iməciliklər təşkil olunub, çoxlu sayda müxtəlif növ ağac, gül və dekorativ kollar əkilib.
Abadlıq işləri çərçivəsində uzunluğu 12 kilometr olan 8 noyabr prospekti - Zığ yolu boyunca şam ağacları, gül və dekorativ kollar əkilmiş, yeni yaşıllılıq zolaqları salınmış, prospekt boyu yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, fontanların işlək vəziyyəti təmin edilib, prospekt boyu obyektlərin qarşısına gül dibçəkləri yerləşdirilib, fasadlar yenidən təmir olunmuş və müasir işıqlandırma sistemi quraşdırılıb. Aparılan genişmiqyaslı abadlıq quruculuq işlərindən sonra 8 noyabr prospekti şəhərimizin ən abad prospektlərindən birinə çevrilib. Rayon ərazisində abadlıq işləri çərçivəsində ümumilikdə 8000-dək müxtəlif növ ağac, 70 mindən çox gül və dekorativ kollar əkilib.
Hesabat dövrü ərzində rayon ərazisində yaşıllaşdırma idarəsi ilə birgə 150 hektar yaşıllıq sahəsinin və ağacların qorunub saxlanılması, onların müntəzəm suvarılması və sistemli qulluq edilməsi tam təmin edilib. “Bizim Həyət” layihəsi çərçivəsində 15 abad həyət sakinlərin istifadəsinə verilib. Əhmədli qəsəbəsində məscid və ətraf ərazilər bərpa edilib, küçələr və kommunal infrastruktur yenilənib.
26 fevral 2025-ci il tarixində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Xocalı – Ana fəryadı” abidəsini ziyarət edib, abidə önünə əklil və gül dəstələri qoyaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad ediblər. 2 iyul 2025-ci il tarixində Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birlikdə Bakı “Ağ Şəhər”də “Özbəkistan” parkının təməlini qoyublar.
Park Özbəkistanın tarixi və mədəniyyətini əks etdirəcək, həmçinin Bakı sakinləri üçün ictimai istirahət və əyləncə məkanı təmin edəcək. 8 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər abidəsini ziyarət edib və şəhidlərin əziz xatirəsinə inşa edilmiş Zəfər muzeyinin açılışında iştirak ediblər. 29 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində aparılan işlərlə tanış olublar və yerüstü piyada keçidinin, Qarabağ atları meydanının açılışında, ictimai parkinq və palıd parkının təməlqoyma mərasimində iştirak ediblər.
Şəhid ailələri, qazilər və müharibə iştirakçıları daim diqqətdə saxlanılıb, anım mərasimləri yüksək səviyyədə keçirilib. 2025-ci ildə 8 şəhidin adına verilmiş küçələrin açılışı olub.
Şəhərsalma sahəsində qanunsuz tikintilərin qarşısının alınması məqsədilə 50-dən çox özbaşına tikinti sökülmüş, “Ağ Şəhər” layihəsi çərçivəsində 1000-dən çox tikili sahiblərinə kompensasiya ödənərək köçürülüb. Hazırda ərazidə 85 yaşayış və 55 qeyri-yaşayış obyektinin köçürülməsi planlaşdırılır.
2025-ci il ərzində Xətai rayonunda aparılan iqtisadi, sosial və şəhərsalma tədbirləri rayonun müasir, təhlükəsiz və komfortlu yaşayış mühitinin formalaşmasına, sakinlərin rifahının yaxşılaşdırılmasına və rayonun ümumi inkişafına mühüm töhfə verib.
2024–2025-ci tədris ilində Xətai rayonunda 3 680 məzundan 3 040 nəfəri ali məktəbə qəbul olmuş, 501 nəfər xarici universitetlərə daxil olub. 82 məzun 650-dən yuxarı bal toplayıb, 19 nəfər qızıl medalla bitirib, 9 məzun Prezident təqaüdünə layiq görülüb. Rayon məktəbləri müasir standartlara uyğun təmir edilib, idman meydançaları tikilmiş və 59 saylı məktəb tam yenilənib.
H.Əliyev adına istirahət Parkının amfiteatr səhnəsində çoxsaylı festivallar, bayram və konsert proqramları həyata keçirilib.
Rayon İcra Hakimiyyəti ilə millət vəkilləri arasında sıx əməkdaşlıq təmin edilib. Rayon ərazisində millət vəkilləri ilə vətəndaşların mütəmadi görüşləri məqsədilə şərait yaradılıb. Vətəndaşların sosial, mənzil, təhsil, səhiyyə, kommunal və digər sahələr üzrə müraciətləri rayon İcra Hakimiyyətinin səaliyyətəri çərçivəsində diqqətlə araşdırılıb və həlli istiqamətində tədbirlər görülüb.
Millət vəkillərinin və Rayon İcra Hakimiyyətinin birgə fəaliyyəti çərçivəsində şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələr ilə iş sistemli şəkildə təşkil edilmiş, daim diqqətdə salxlanılaraq bu kateqoriyadan olan şəxslərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Bu əməkdaşlıq sayəsində Xətai rayonunda vətəndaşların hüquq və sosial təminat məsələlərinə, şəhid ailələrinə və sosial cəhətdən həssas qruplara göstərilən diqqət artırılıb, rayon sakinləri ilə dövlət orqanları arasında etimad mühiti möhkəmləndirilib.
2025-ci il ərzində vətəndaş müraciətlərinin, dövlət orqanlarından daxil olan sənədlərin və məktubların qəbul edilməsi, qeydiyyata alınması, aidiyyatı şöbələrə yönləndirilməsi və icrasına nəzarət istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilib.
İl ərzində daxil olan bütün məktublar Elektron Sənəd Dövriyyəsi sistemi vasitəsilə qeydiyyata alınaraq, məsul icraçılara yönləndirilib.
Ümumilikdə 7895 sənəd qəbul edilmiş, bunlardan 3718-i təşkilatlardan və vətəndaşlardan Elektron Sənəd Dövriyyəsi vasitəsi ilə daxil olub.
Vətəndaşlardan və təşkilatlardan daxil olmuş 4177 ərizədən 106 ərizə nəzarətə götürülüb, 1422 ərizə üzrə məsələ öz həllini tapıb, 2061 ərizəçiyə qanunvericiliyə uyğun izahat verilib.
İl ərzində rayon ərazisində 43 səyyar qəbul keçirilmiş, həmin qəbullarda ümumilikdə 550 nəfər müxtəlif xarakterli məsələlərlə bağlı müraciət edib. Qəbullar zamanı vətəndaşların qaldırdıqları məsələlər araşdırılıb, bir çoxu yerində öz həllini tapıb, digərləri üzrə aidiyyatı qurumlara tapşırıqlar verilib. Səyyar qəbulların əksəriyyətində rayon prokuroru iştirak edib. 506 vətəndaş fərdi qaydada qəbul edilmişdir. İl boyu rayon İcra Hakimiyyəti aparatında vətəndaşların qəbulu mütəmadi keçirilmişdir. İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən il ərzində 1503 vətəndaş qəbul ediblər. Səyyar qəbulun keçirilmə qrafikləri 1 ay öncədən Xətai rayon İcra hakimiyyətinin rəsmi saytında və sosial şəbəkə hesablarında elan olunur.
Rayon İcra Hakimiyyəti və millət vəkilləri vətəndaş müraciətlərini diqqətlə araşdırıb, 7 895 sənəd qəbul edilmiş, 2 061 nəfərə izahat verilmiş, səyyar qəbulda 550 nəfər iştirak etmişdir. Rayonun 21 391 sakini, o cümlədən 5 837 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb, 1 074 nəfər və 264 ailə işğaldan azad edilmiş ərazilərə köçürülüb. Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində ictimai asayiş və təhlükəsizlik təmin edilmiş, hərbi çağırış və maarifləndirmə tədbirləri həyata keçirilib.
Beləliklə, 2025-ci ildə Xətai rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri, təhsil sahəsində əldə olunan nailiyyətlər, mədəni- kütləvi tədbirlər, şəhid və qazi ailələrinə göstərilən diqqət və sosial infrastrukturun möhkəmləndirilməsi rayonun inkişafını daha da gücləndirmiş, sakinlərin həyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Tədbirin sonunda yığıncaq iştirakçılarının Prezident İlham Əliyevə ünvanlanmış müraciətinin mətni oxunub.










Xəbərin oxunma sayı : 949
Sosial
Xəbərlər
-
ABŞ Yaponiyadan Yaxın Şərqə elit bölmələr gətirir - Quru əməliyyatlarına hazırlıq?
-
Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
-
Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 39 nəfər işdən çıxarıldı
-
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır: Alimlərdən xəbərdarlıq
-
Müctəba Xamenei necə sağ qalıb? - Yeni detallar...
-
Bakıda yaşayış binasında yanğın: 7 nəfər tüstüdən zəhərləndi (VİDEO)
-
Vüsal Aslanova yeni müavin təyin edildi - FOTO
-
MAXE qadınlarla müqavilə 6 aylıq bağlanacaq - 6 dəfə azaldıldı
-
Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı - Yeni təyinat
-
Sürücüləri bəlaya salan yol: “Qazandığımızı maşına xərcləyirik“ - VİDEO
-
“İrana qarşı əməliyyat tezliklə başa çatacaq, amma bu həftə yox“ - Tramp
-
Tonqalı bu ərazilərdən azı 50 metr kənarda yandırın! - VİDEO
-
ADY-nin əməkdaşı həbs olundu: “Oruc tutuduğum üçün gərgin idim“ dedi
-
Buzovnada tarixi qayalıqlar üzərində inşa edilən qanunsuz tikililər niyə sökülmür? - VİDEO
-
Pakistan ordusu Kabilə zərbə endirdi - 400 ölü
-
Tovuzda partlayış: Bir ailənin 4 üzvü xəsarət aldı
-
Yaxın Şərq neftindən tarixi rekord -153 dolları ötdü
-
Azad olunmuş ərazilərə böyük qayıdış - 6 kəndə köç oldu
-
Dana əti niyə bahalaşır? - Fermerlərdən diqqətçəkən açıqlama
-
“Tehran münaqişənin diplomatik həlli barədə düşünmür“ - İran XİN
-
Paytaxt yollarında “zolaq davası“: Sürücülər kimdən narazıdırlar? - VİDEO
-
Son iki ayın ən güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Bu gün torpağın və həyatın oyandığı İlaxır - Torpaq çərşənbəsidir
-
Sakinlər yaşadıqları binanın baxımsızlığından şikayətləndilər - VİDEO
-
Bakı və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir?
-
Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən qadın saxlanıldı - VİDEO
-
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
-
Ağdərədə partlayışlar olacaq - MN-dən xəbərdarlıq
-
Makron Pezeşkianla danışdı - Sülh üçün əsas şərti açıqladı
-
XIII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər dünyada sülhün təşviqinə töhfə verəcək
-
Qlobal Bakı Forumu beynəlxalq təhlükəsizliyə töhfə verən mühüm platformalardandır
-
Mühüm beynəlxalq əhəmiyyətli Forum
-
Azərbaycan qlobal tədbirlərin keçirildiyi mərkəzidir
-
Avropa üçün yeganə enerji mənbəyi
-
Azərbaycanın Avropa İttifaqı üçün önəmi daha da artacaq
-
Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı yeni mərhələyə daxil olub
-
Aİ Azərbaycanı etibarlı enerji təchizatçısı kimi görür
-
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Bu qurumda xanım işçilər bir-birinə xəsarət yetirdi - Məhkəmə qərar verdi
-
Huşsuz halda xəstəxanaya yerləşdirilmişdi - 16 gün sonra öldü
-
Bakıda 13 dərəcə isti olacaq − Sabahın havası
-
“Ermənistan Rusiyanın qaçqınlar üçün təklif etdiyi yardımı rədd etdi” - Zaxarova
-
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü - Müzakirə
-
Böyük Qayıdış davam edir - Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb...
-
Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi
-
İsrailin obyektlərini çəkən azərbaycanlı gənclə sevgilisi - Bu ölkədən deportasiya edildi
-
“ABŞ-ın İrana qarşı əməliyyatı planlaşdırılandan daha sürətlə irəliləyir“ - Tramp
-
Sabunçuda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Kamran Əliyev tələbələrə mühazirə keçdi - FOTOLAR
-
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
-
Nazirlik yeni mənzillər satışa çıxardı - Kv.metri 435 manatdan 830 manata qədər
-
“İranın Yaxın Şərqi ələ keçirmək planları artıq məhv edilib“ - Tramp
-
Azərbaycanda ər arvadını zəncirləyib - Qısqandığı üçün
-
“Çox diqqətli olmağınızı xahiş edirəm” - Ərdoğan
-
Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü - Həbs edildi
-
“ABŞ tezliklə Hörmüz boğazında tankerları müşayiət edəcək“ - Tramp
-
Bakıda qəribə dələduzluq:“Maşın oğurluqdur“ deyib əlindən aldı, sonra yenidən özünə satdı
-
Polis evinizə gələ bilər: Kirayə müqaviləsi olmayanları nə gözləyir?
-
Azərbaycan nefti 3,5 dollar bahalaşdı - Neftimiz 109 dolları keçdi
-
Xəzər dənizi sahilində quşların kütləvi ölümü baş verib - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Braziliyalı ulduz Qətərdən qaçdı - Klubundan açıqlama
-
Elektron siqaret satanları və istehsal edənləri cərimə gözləyir - 1 apreldən
-
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - TƏFƏRRÜAT
-
Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi - ŞİKAYƏTÇİ
-
“ABŞ Hörmüz boğazının bağlanmasına imkan verməyəcək“ - Heqset
-
Ramazan ayının 24-cü günü - İmsak və iftar vaxtları
-
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
-
AzTU-nun xanım prorektoru rektorun müşaviri oldu - FOTO
-
Bakıda 203 nömrəli tam orta məktəbdə şagirdlər arasında bıçaqlanma - VİDEO
-
Ağ Ev Konqresdən 50 milyard istəyəcək - ABŞ-da narahatlıq artır
-
Tarif dəyişikliyi yalnız nağdsız ödənişlə işləyən müasir avtobuslara aiddir - AYNA
-
Qadın sahibkarın şirkətində yoxlamaya imkan verilmədi - Nazirlik məhkəməyə üz tutdu
-
“ABŞ Avropanı bölmək istəyir və onu sevmir” - Kaya Kallas
-
TƏBİB-in eks-rəhbər ilə bağlı sensasion iddialar: ABŞ-da yaşayan jurnalistə gizli məlumatları o ötürürmüş…
-
Dünyada 1 milyard dollardan çox sərvəti olan 4 azərbaycanlı var - “Forbes”
-
“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər
-
Naxçıvanda 10 milyonluq taxıl qalmaqalı: Fuad Nəcəfli həbs olunur?
-
Dövlət bu torpaqları geri ala bilər: Siyahı genişləndirildi
-
İş adamı Rasim Nəbiyev Bakıxanov qəsəbəsində yenə qanunsuz tikinti işləri aparır? - VİDEO
-
Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı - 64 nəfərə vətəndaşlıq verilib
-
Bakı və paytaxtətrafı avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
-
Yanvar ayında 26 min nəfərin əmək müqaviləsinə xitam verilib - Rəsmi
-
Nəsimi rayonunda yaşıllıq zonası ticarət obyektinə çevirilir - Tahir Budaqov icazə verib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Vitse-spiker dəhşətli rəqəmləri açıqladı - “50 minə yaxın müəllimin ixtisar riski yaranıb”
-
Avropa yeni enerji böhranına hazırlaşır, amma pul tükənir - “Reuters“
-
Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır - Azərbaycan Müdafiə Nazirliyi
-
Xəyalə İsmayılova necə ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadə oldu? - DETALLAR
-
Azərbaycanın xarici dövlət borcu açıqlanıb - 537,5 milyon manatı azalıb
-
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
-
İş adamı Adnan Əhmədzadənin həbs müddəti 2 ay uzadıldı - Məhkəmədən qərar
-
Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı
-
Gəncədə antik əşya oğurlayan şəxslər saxlanıldı - VİDEO
-
Elqar Bağırovun şirkətinə 413 min manatlıq sifariş - Birmənbə metodu ilə...
-
Müasir müharibə ABŞ ordusu komandirlərini yorur: Problem nədir?
-
“Azərbaycan regional dəhlizləri inkişaf etdirir“ - Prezidentin köməkçisi
-
Bu ərazilərdə qar yağacaq - Şənbə gününün havası
-
Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə
-
Azərbaycan neçə ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir? - Əli Əsədov AÇIQLADI
-
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
-
Netanyahudan müsəlmanlar haqqında qalmaqallı açıqlamalar - “İstər sünni, istərsə də şiə...“
-
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
-
Azərbaycana ərzaq məhsullarının idxalı niyə artır? - Hökumət səbəbləri açıqladı
-
Daha bir İcra Hakimiyyətində kütləvi ixtisar: 44 nəfər işdən çıxarıldı
-
412 min dollarlıq dələduzluqla gündəmə gəlmişdi - Ölkədən çıxışına “stop“ qoyuldu
-
“Pulumuz qalmayıb” - “Bu, xalqı cəzalandırmaqdır”
-
Geyim mağazaları hansı bank kartına daha çox “keşbek” verir? - Siyahı
-
21 yaşlı oğlan sosial şəbəkədə intim xidmətlər təklif etdi - Həbs olundu
-
Şəkərli diabet xəstələri Respublika Endokrinoloji Mərkəzdəndə saatlarla növbədə gözlədilir - VİDEO
-
Məmmədli kəndində gölün daşması çirkab suları həyətlərə və evlərin zirzəmisinə doldurdu - VİDEO
-
İranın nüvə silahından imtina təklifi rədd edilib - Əraqçi
-
Pulunu ödədi, evi ala bilmir:“MM Park“ MMC tikintini niyə dayandırıb?
-
Azərbaycan neftinin qiyməti 105 dolları ötdü - Kəskin bahalaşma
-
Tramp İranla bağlı vəziyyətin çox sürətlə inkişaf etdiyini deyib - “Hər şey çox yaxşı gedir“
-
“Bədənim tanınmaz hala düşdü“ - Plastik cərrah Səkinə Xudiyevaya ağır ittiham
-
Azərbaycanda bu avtomobillər bahalaşdı - Video
-
Ermənistanla sülh yalnız kağız üzərində deyil - İlham Əliyev
-
“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” - ETİRAZ
-
“Sabah“ məşhur futbolçunu transfer edir - “Atletiko Madrid“də oynayıb
TOP 10
ARXİV






