| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi
Tarix 14.03.26, 13:16 |
|
Bakıda "Kənddən Şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada 25-ə yaxın regiondan 50-dən çox fermer iştirak edir. Alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulu münasib qiymətə təqdim olunur.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Novruz bayramı yaxınlaşdıqca bayram süfrəsi üçün alış-veriş də canlanır. Şəhər sakinlərinin yerli və təzə kənd məhsullarına olan tələbatını qarşılamaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 9-19 mart tarixlərində "Kənddən Şəhərə" Novruz yarmarkası keçirilir.
Biz də təqdim olunan məhsullarla yaxından tanış olmaq üçün yarmarkaya yollandıq.
Piştaxtalara düzülmüş meyvə, tərəvəz, çərəz, bal, çay, süd məhsulları və turşular yarmarkanın rəngarəng mənzərəsini yaradır.
"Evdə uşağı olanlar bu bala üstünlük verir"
İlk olaraq bal düzülən piştaxtaya yaxınlaşdıq. Kəlbəcərdən gələn satıcı Vahid balın təbii olduğunu xüsusi vurğulayır:
"Balı öz əlimlə süzmüşəm. Qiymətlər 25-30 manatdan başlayır. Çiçək, qaratikan və cökə balının kiloqramı 30 manatdır, bankalarda satılan bal isə 25 manata təklif olunur. Daha çox çiçək balını alırlar. Digər növlərə nisbətən yüngül olur. Əsasən evdə uşağı olanlar bu bala üstünlük verir".
Lənkəran çayının ətri
Qonşu piştaxtada isə Lənkəran çayları satılır. Satıcı Aynurə xanım çayı termosda dəmləyərək alıcılara təqdim edir:
"Rəngi stəkana çıxmır. Əsl çay belə olmalıdır. Təbii çay 5-10 il də qala bilər və zaman keçdikcə daha da ləzzətli olur".
Satıcı dedi ki, yarmarkada çayların qiyməti 25 manatdan başlayır. Yarpaq çayının böyük paketi 28 manat, yarım kiloqramı isə 14 manatdır:
"Ən çox yarpaq çayını alırlar. Çünki daha tez dəmlənir. Buket çayın kiloqramı 45 manat, böyük qablaşdırması isə 100 manatdır".

"Mağazada 25 manat, bizdə 18 manatdır"
Novruz süfrəsinin əvəzolunmaz məhsullarından olan quru meyvələr də yarmarkada geniş çeşiddə təqdim olunur. Naxçıvandan məhsul gətirən satıcı Vüqar qiymətlərin daha sərfəli olduğunu deyir:
"Ordubad gavalısı 10 manatdır. Bizim burada 12 manata satdığımız kişmiş bazarlarda 17 manatdır. Alıcılara endirim də edirik. Təki alver olsun. Məhsulların hamısı təzədir".
Turşular və mürəbbələr
Yarmarkada müxtəlif turşu və mürəbbələr də alıcıların diqqətini çəkir. İsmayıllıdan gələn satıcı Namiq deyir ki, məhsulların bir çoxu ev şəraitində hazırlanıb:
"Zoğal, göyəm və badımcan turşusu beş manat, çaşır turşusu isə 10 manatdır. Ən çox sirkəyə və abqoraya tələbat var".
"Almadan qalmadı..."
Xaçmazdan alma gətirən satıcı Cavad deyir ki, yarmarkada meyvələr marketlərdən xeyli ucuzdur:
"Marketlərdə 2 manat 50 qəpiyə satılan alma burada 1 manat 50 qəpikdir. Qırmızı alma 1 manat 50 qəpikdən 3 manata qədər, sarı alma 1 manat, yaşıl alma isə 2 manat 50 qəpiyə satılır. Armud isə 2 manat 50 qəpikdir".
Gədəbəydən kartof və soğan gətirən satıcı Nizami isə məhsulların dərmansız yetişdirildiyini deyir:
"Dünən yarmarkaya gəlmişəm, 20 kisə kartof gətirmişdim. Bu gün cəmi 4 kisə qalıb. Xırda kartof 1 manat, iri kartof isə 1 manat 50 qəpikdir. Burada yer pulu tələbi olmadığı üçün məhsulu ucuz sata bilirik".
Satıcı əlavə edir ki, alıcılar əsasən axşam saatlarında çox olurlar və həftə sonu yarmarka daha da canlanır:
"İstərdik ki, belə yarmarkalar daimi olsun. İnsanlar tez-tez soruşur ki, yenə gələcəksiniz? Daimi deyil deyə, insanlar narazılıq edir".
Ucuz olduğunu deyən də var, narazı qalan da...
Yarmarkada alıcıların sayı kifayət qədərdir. Bəziləri piştaxtalara baxmaqla kifayətlənir, bəziləri isə dolu torbalarla çıxır. İsmayıl bəy qiymətlərdən razı qaldığını deyir:
"Burada yarmarkanı təsadüfən gördük. İtburnu axtarırdıq, amma daha çox məhsul aldıq. "Cırhacı" alması başqa yerdə 3 manatdır, burada 2 manata aldım. Narı da 2 manat 50 qəpiyə aldıq".
Lakin bütün alıcılar eyni fikirdə deyil. Binəqədidən gələn Sevda xanım qiymətlərin bazardan fərqli olmadığını düşünür.

Bütün məhsullar üçün münasib qiymətlər
Piştaxtalarda təqdim olunan qiymətlərə görə, səməninin qiyməti ölçüsündən asılı olaraq 1 manat 50 qəpikdən 15 manata qədər dəyişir. Qoyun pendirinin kiloqramı 11-12 manat, inək pendiri 9 manat, qaymaq 5 manat, Gədəbəy şoru 4 manat, əridilmiş yağ 22 manatdır. Yumurta 35-40 qəpik, toyuq 12 manat, lavaş isə 1 manat 30 qəpiyə satılır.
Çərəzlərdən qabıqlı fındıq kiloqramı 9 manatdan, fındıq ləpəsi 22-24 manatdan, qovrulmuş fındıq ləpəsi 22-28 manatdan, qoz ləpəsi 14-16 manatdan, soyulmuş qoz ləpəsi 15-25 manatdan, badam ləpəsi 14 manatdan, qarışıq çərəz 10 manatdan təklif edilir.

Türkan kəndindən gətirilən göyərtinin 7 dəstəsi isə 1 manatdır.
"Qiymətə müdaxilə etmirik, fermer özü müəyyənləşdirir"
Aqrar Tədarük və Təchizat İdarəsinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Nilüfər Qaçayeva bildirdi ki, fermerlərin yarmarkada iştirakı üçün qeydiyyat prosesi olduqca sadədir:
"Fermerlər qaynar xəttə zəng edərək iştirak etmək istədiklərini bildirirlər. Onlar həm bayram, həm də həftəsonu yarmarkalarında iştirak edə bilirlər. Yarmarkada fermerlər üçün yerlər, tərəzi, önlük və piştaxtalar ödənişsiz təqdim olunur. Onlar sadəcə məhsullarını gətirib satırlar. Yer pulu alınmadığı üçün fermerlər məhsullarını daha münasib qiymətə təklif edə bilirlər. Biz qiymətə müdaxilə etmirik, onu fermer özü müəyyənləşdirir".

N.Qaçayevanın sözlərinə görə, qiymətlərin bazarla müqayisədə daha münasib olması üçün mütəmadi monitorinqlər aparılır:
"Hər həftə bazar araşdırması aparılır. Monitorinq komandamız bazarlardakı qiymətləri izləyir və çalışır ki, yarmarkada məhsullar daha münasib qiymətə təklif olunsun".
Xəbərin oxunma sayı : 1051
Hadisə
Xəbərlər
-
İcra Hakimiyyəti bu şirkətə 61 milyon manat ayırdı - Abadlıq işləri üçün
-
“Paşa Sığorta” müştəriləri üsyanda: Ödənişlər niyə gecikir?
-
Abşeronda narkotik əməliyyatı - Saxlanılanlar var
-
“Biz olmasaydıq, fransız dilində danışardınız” - Kral III Çarlz
-
Stadion üzərindən “F-16“ uçuran general işini itirdi - Türkiyədə qəribə olay
-
Xətai rayonunda gənc oğlan və qız dəm qazından zəhərlənib - Biri ölüb
-
Aya 10 min manat maaş alan idarə rəisi... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
-
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək - 34,4 milyonluq tender
-
Tramp İrana qarşı uzunmüddətli blokada planı hazırlamağı tapşırıb - “The Wall Street Journal”
-
Azərbaycan nümayəndə heyəti Ermənistana səfərə gedib - Şahin Mustafayevin rəhbərliyi ilə...
-
“Haqqımda yazılanlar məni daha da güclü edir“ - Məzahir Pənahov
-
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq
-
Maşın yoldan çıxıb aşdı - 10 yaşlı qız öldü
-
Azərbaycan nefti 2 dollardan çox bahalaşdı - Yeni qiymət
-
“Rusiyada terror təhlükəsi riski artır“ - Putin
-
Toyuq paketlərindəki gizli təhlükə - VİDEO
-
“ABŞ-dan alınan silahlar Tayvanın müstəqilliyini təmin etməyəcək“ - Çin
-
Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO
-
Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır
-
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır
-
Azərbaycan-Çexiya münasibətlərinin gələcək inkişaf trayektoriyası siyasi dialoq və qarşılıqlı etimad əsasında qurulub
-
Azərbaycan və Cexiya prezidentlərinin görüşü ölkəmizin Avropada mövqeyini gücləndirir
-
Bu yoldakı drenaj barmaqlıqları avtomobillərə ziyan vurur - İDDİA/VİDEO
-
Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - Həbs edildi
-
Polşa rusiyalı arxeoloqu azadlığa buraxıb - Lukaşenko kömək edib
-
Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu - övladına ad-soyadını və aliment verəcək
-
ABŞ neftinin əsas alıcıları hansı ölkələr olub? - SİYAHI
-
İslam Kərimovun qızına qarşı yeni iddia - Bu dəfə İsveçrədə
-
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL
-
“Qəbələ”nin futbolçusu Sxadadze ilə əlbəyaxa dava etdi - Komandadan qovuldu
-
Turizm Agentliyi 14 ölkədən jurnalist və blogerlər gətirir - 1 milyon manat ayrılıb
-
Azərbaycanın nə qədər daxili və xarici borcu var? - Rəqəmlər açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nüvə fəlakəti risk ən yüksək səviyyəyə çatıb“ - Qrossi
-
“Fənərbağça“ seçki qərarı verdi - Sadəddin Sarandan vida mesajı
-
Müsəlman düşmən, xristian dost çıxdı - Siyasətdə kimlik yox, maraqlar həlledicidir
-
Azərbaycanda nikahların sayı tarixi minimuma düşdü - Avropada son sıralardayıq
-
Ev sahibini şoka salan oğurluq - 40 min manat dəyərində...
-
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmə
-
Bu filmləri izləyənlər edam ediliblər - Şimali Koreyadan qəribə addım
-
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? - Problemli kreditlərdə kəskin artım var
-
Solovyov üzr istədi - “Həddindən artıq emosional idim...”
-
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
-
İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi - FOTOLAR
-
Prezident bir qrup sahibkarı təltif etdi - SƏRƏNCAM
-
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
-
Sosial şəbəkədə saxta reklamlar... - Vətəndaşlara xəbərdarlıq olundu
-
Agentlik 54 milyon kapitalı olan şirkətlə müqavilə imzalayıb - Qayaları partladacaq
-
Prezident bu ərazilərdə evləri sökülənlərə pul ayırdı - SƏRƏNCAM
-
Neftin qiyməti yenidən sürət götürüb - Hörmüz qeyri-müəyyənliyi qiymətləri artırır
-
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarxidə
-
Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı - Sərəncam
-
“Premium Bank”ın problemli kreditləri artıb - Müştərilər pullarını geri götürür
-
“ABŞ Yaxın Şərqə fasiləsiz silah-sursat daşıyır“ - “Flightradar24“
-
Hökməli və Qobu qəsəbələrində 10 gündür su yoxdur - VİDEO
-
Abşeronda kafedə kütləvi dava: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
-
Vətəndaş müraciətlərinə baxılması ilə bağlı qaydalar dəyişir - DETALLAR
-
Filosof alim Könül Bünyadzadənin “Sufi fenomenologiya” kitabının təqdimatı keçiriləcək
-
Bakının daha bir ərazisində son yağışın fəsadları hələ də qalmaqdadır - VİDEO
-
Abituriyentlər üçün gələn ildən tətbiq ediləcək yenilik nədir? - VİDEO
-
Paytaxtın Yasamal rayonunda yeni metro stansiyası tikilir - VİDEO
-
Beyləqanda Zərifə Əliyevanın 103 illiyi qeyd olundu - FOTOLAR
-
Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTOLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidində - FOTOLAR
-
Trampın limiti bitir - İran əməliyyatları dayandırılacaq?
-
Xocavənd, Qırmızı Bazar və Xanobaya növbəti köç... - FOTOLAR
-
Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi Ukrayna böhranında özünü daha qabarıq şəkildə göstərir
-
Azərbaycan-Ukrayna enerji əməkdaşlığının gələcək perspektivi var
-
Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
-
Bakıda daha bir ərazidə sürüşmə təhlükəsi - VİDEO
-
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ
-
“Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk“ - İlham Əliyev
-
Şirvan sakinləri çıxılmaz vəziyyətdə - Bina 1 ildir qəzalı vəziyyətdədir (VİDEO)
-
Ağcabədidə qətlə yetirilən iki əmioğludan biri ANAMA əməkdaşı imiş - VİDEO
-
273 saylı bağçada 3 yaşlı uşağn əlini dağlayıblar - VİDEO
-
Azərbaycan və Ukrayna əməkdaşlığı təsadüfi deyil, planlı və strateji xarakter daşıyır
-
Silikon Vadisi nəhənglərin savaşı: Məhkəmədə üz-üzə gələcəklər
-
Putin qadağan edib, amma işləyir... - “Telegram” yenə Rusiyada liderdir
-
Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat
-
Bu ilin 3 ayı ərzində 43 piyadanı avtomobil vurub - 21-i ölüb
-
“Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir” - İlham Əliyev
-
“Ukrayna bununla barışmalı olacaq.” - Merts də Kiyevi güzəştə çağırır
-
Ciyəraxşamında əmioğulları öldürüldü: Biri ANAMA əməkdaşı olub
-
“ABŞ ordusu Yaxın Şərqdə hazır vəziyyətdədir“ - CENTCOM
-
Paytaxtda bu yol müvəqqəti bağlanır - Sürücülərin nəzərinə!
-
Günəşdə güclü partlayış - Geomaqnit qasırğası gözlənilir
-
Azərbaycanda lizinq bazarının real durumu: yüksək faiz, sərt şərtlər
-
Mertsdən Brüsselə sərt ultimatum: Almaniya Aİ-yə qarşı çıxır?
-
İntensiv yağış yağacaq, dolu düşəcək, sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Satınalmaların 60 faizi ilin sonunda keçirilir” - Hesablama Palatasının sədri nöqsanlardan danışdı
-
70 kq qızılla saxlanılan hərbi attaşeyə hökm oxundu - 6 il həbs
-
MSK-nın yeni tərkibi təyin edildi - Məzahir Pənahov yenidən sədr seçildi
-
2025-ci ildə hərbi xərcləri ən yüksək olan ölkələr - SİYAHI
-
Prezidentin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib - FOTOLAR
-
Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR
-
Mədəniyyət Nazirliyi deputatın oğlu ilə 1,9 milyonluq müqavilə imzaladı - Qalanı təmir edəcək
-
“İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz“ - Ali Məhkəmə
-
Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? - AÇIQLAMA
-
Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - Sabahın havası
-
Narkoloji xəstələrin işə qəbulu... - Yeni qanunda nə deyilir?
-
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək
-
İran rəsmilərindən sərt mesajlar - “Əlavə qüvvələr döyüşə hazırdır”
-
“Çexiya ilə çox fəal siyasi dialoqumuz var“ - Prezident İlham Əliyev
-
Azərbaycanda bu cəzalar sərtləşdirilir: 14 ilədək həbs...
-
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər -Fotolar
-
“Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək“ - Paşinyan
-
Ayağında 3 barmağı olsa da, hərbi xidmətə göndərildi - Rəsmi açıqlama
-
Barat Yusubovla Vüqar Qurbanovun tibb imperiyası... - Şok siyahı
-
MSK-nın tərkibi yenidən formalaşdırıldı - Siyahıda Məzahir Pənahovun da adı var
-
İlham Əliyev Qəbələdə Andrey Babişi qarşıladı - Fotolar
-
Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib - Mətn
-
Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır
-
Dünyanın nəfəsi dar boğazlarda qalıb: Benzin bahalaşacaq?
-
“PAŞA Bank“ın faiz gəlirləri yüksəlib: bank pulu nələrdən qazandı?
-
Amnistiya aktının icrası başa çatdı - 22 935 şəxsə şamil edildi
-
Bir milyon dollara cəmi 16 kvadratmetrlik ev: Dünyanın ən bahalı şəhəri açıqlandı
-
İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib - “Axios“
-
Azərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?
-
Binaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...
TOP 10
ARXİV






