Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

Tarix 17.03.26, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


"AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Tanınmış şirkət rəhbərindən şikayətçi isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İttihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib.

Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddə ilə yekun ittiham verilib.

Səfərəliyev özünü təqsirli bilmir, o, ilkin ifadələrində zərərçəkmiş şəxsi aldatmadığını deyib.
Qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən "AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının Üzvü və başqa vəzifələrdə də çalışıb.



Xəbərin oxunma sayı : 445




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap