“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Müasir dövrdə dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması...

Tarix 12.01.26, 6:04

Font ölçüsü : - / +
bitmap-img6


“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi Azərbaycanın yaşıl enerji tarixində mühüm hadisə kimi yadda qaldı. Bu Külək Elektrik Stansiyasının 240 MVt güclə istismara verilməsi Azərbaycanın enerji sektorunda keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir.

Bu layihənin reallaşması Prezident İlham Əliyevin son illərdə ardıcıl şəkildə formalaşdırdığı enerji və iqlim siyasətinin məntiqi nəticəsidir və söhbət yalnız ekoloji baxımdan əhəmiyyətli təşəbbüsdən deyil, milli enerji sisteminə birbaşa təsir edən strateji infrastruktur obyektindən gedir. Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında da bu məqamlar öz əksini tapıb.

Müasir dövrdə dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyin təmin olunması qədər əhəmiyyətli və prioritet məsələdir. Dayanıqlı enerji təminatı olmadan ticarətin, istehsalın, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafından söhbət gedə bilməz. Xüsusilə bu gün texniki tərəqqinin inkişaf edərək yüksək səviyyəyə çatmasını, süni intellektin tətbiqini, elektron hökumətin yaradılmasını dayanıqlı enerji olmadan təsəvvür eləmək mümkün deyil.

2020-ci ildə Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Bərpaolunan və alternativ enerji mənbələrindən daha intensiv şəkildə istifadə etməklə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən tapşırıq və göstərişlər var.

Bu kontekstdən yeni stansiyanın təməlinin qoyulması həm də bütövlükdə bərpaolunan enerjinin ümumi istehlakda payının artmasına imkan yaradacaq. Digər tərəfdən bu, əhatə dairəsi baxımından Xəzər-Abşeronda elektrik enerjisinə olan tələbin ödənilməsinə xüsusi töhfə verəcək. Bu da təbii ki, enerji təminatının yaxşılaşdırılması və alternativ mənbələrdən istifadə edilməsi baxımından çox vacibdir.

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin investisiyası ilə tikilən bu obyekt ölkəmizin etibarlı investisiya məkanı olması ilə də diqqət çəkir. Prezidentin çıxışında da bu məqam öz əksini tapıb. Xarici investisiyanın cəlb edilməsi Azərbaycanda bərpaolunan enerji sektoruna, bütövlükdə həyata keçirilən siyasətə inamın göstəricisidir. Azərbaycan son illər qeyri-neft sektoruna daha çox xarici sərmayənin cəlbi ilə bağlı fəaliyyətini genişləndirib.
Ümumilikdə, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi enerji və iqlim siyasəti Azərbaycanın bərpaolunan enerjini yalnız alternativ deyil, gələcək iqtisadi inkişafın, rəqəmsallaşmanın və texnoloji transformasiyanın əsas dayaqlarından biri kimi formalaşdırmasına imkan verir.

Qafur Nəsirov



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap