“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Aqrar Sığorta” geriləməkdə davam edir - Biznes itkiləri 2 mln. manata yaxınlaşıb

Tarix 30.09.24, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin 2024-cü ilin ilk səkkiz ayında topladığı sığorta haqqları 11,92 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13,1 % azdır.

Valyuta.az-ın məlumatına görə, son bir ildə müştərək sığorta şirkətinin yığımları 1,79 milyon manat azalıb. Belə ki, 2023-cü ilin eyni dövründə "Aqrar Sığorta”nın yığımları 13,71 milyon manat təşkil etmişdi. 

Sığorta şirkətinin yığımları azalsa da, ödənişləri 2,7 dəfə artıb və bu ilin yanvar-avqust aylarında 3,46 milyon manata çatıb. Başqa sözlə, şirkətinin ödənişləri 2,17 milyon manat artıb. 2023-cü ilin ilk səkkiz ayında isə ödənişlərin ümumi həcmi 1,29 milyon manat təşkil etmişdi.

Son nəticədə sığorta şirkətinin zərərliyi 9%-dən, 29%-ə yüksəlib. 

Qeyd edək ki, bundan əvvəl yerli mediaya açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov şirkətin yığımlarının azalmasını taxılın qiymətində müşahidə edilən enmə ilə izah etmişdi.

Xatırladaq ki, 2020-ci ildə yaradılan "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” 7 sığorta şirkəti tərəfindən bərabər paylarla təsis edilib. Müştərək şirkətin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.



Xəbərin oxunma sayı : 628




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap