“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Araz” market bakteriyalı dondurmaları endirimlə satışa çıxardı – Açıqlama - FOTO

Tarix 20.06.24, 13:41

Font ölçüsü : - / +
bitmap-img6


“Araz” supermarketlərində tərkibində bakteriya aşkarlanan dondurmalar endirimlə satışa çıxarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. İstifadəçilər marketin bu addımından narazılıq edərək, satılan dondurmaların keyfiyyətinə nəzarət olunmadığını bildiriblər.






Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Bakupost.az –a bildirildi ki, burada konkret müvafiq istehsal tarixli məhsul partiyalarından söhbət gedir:
“Hazırda həmin məhsulların geri çağırılması prosesi davam edir. Yaxın günlərdə geri çağırılan, istehlaka yararsız məhsullarla bağlı statistik məlumatlar paylaşılacaq.
Vətəndaşlardan ticarət şəbəkələrində bu partiyaya məxsus məhsullarla rastlaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Agentlik tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.







43 dondurma nümunəsində isə hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Onu da qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək.





Xəbərin oxunma sayı : 880




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap