Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Avropa İttifaqı, ABŞ və NATO-nun Cənubi Qafqazla bağlı Brüssel qərarı reallaşmayacaq“ - Xaməneinin müşaviri

Tarix 12.04.24, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı, ABŞ və NATO-nun Cənubi Qafqazla bağlı son qərarı heç bir halda həyata keçməyəcək.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm bir hissəsi olduğu üçün Avropa İttifaqı, NATO və ABŞ-nin Brüsseldəki qərarı heç bir halda həyata keçirilməyəcək.

Müşavir ABŞ, Avropa İttifaqı, NATO və Ermənistanın iştirakı ilə aprelin 5-də Belçikanın Brüssel şəhərində keçirilən toplantıya münasibət bildirərək deyib ki, Avropa İttifaqı və ABŞ NATO çərçivəsində Brüsseldə toplaşaraq yeni qətnamə qəbul edib: “Cənubi Qafqaz regionuna yeni işğal və qeyri-qanuni müdaxilə planı hazırlayaraq dünyanın bu çox həssas bölgəsinə guya sülhü təşviq etmək məqsədilə müdaxilə etmək istədiklərini birbaşa bəyan ediblər”.

Ə.Vilayəti vurğulayıb ki, bu cür hərəkətlər dünyanın kritik bölgələrində gərginlik yaratmaqdan və məhv etmək bahasına hərbi mövcudluğa bəhanə axtarmaqdan başqa məqsədi yoxdur.



Xəbərin oxunma sayı : 517




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap