Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“AZƏRLOTEREYA” ailələrdə fəlakətə yol açır: Borc, intihar, müflis... – Ekspertdən çağırış

Tarix 13.05.22, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


“Azərlotereya” ASC-nin az qala hər küçə başında “Poz, qazan” mərc oyunları təşkil etməsi ictimai fəlakətə çevrilməkdədir. Bu proses o dərəcədə əndazəni aşıb ki, bir müddət sonra ailələrdə faciələrə yol açmağa başlayacaq. Çünki bu qumarı oynayan istisnasız kasıb və aztəminatlı təbəqədir, onlar isə hər dəfə qazanmaq ümidi ilə sonuncu manatını da mərc oyununa qoyurlar. Nəticədə əksəriyyət uduzur və yığılan külli miqdarda vəsaitdən cüzi məbləğ udanlara çatır. Yəni burada udan “Azərlotereya”dır və cibindən qalib gələnə xərcləmir, elə uduzanların pulundan kiçik vəsait onlara yönəldir. Amma kuponların çoxuna uduş qoyulmadığı üçün kütləvi şəkildə insanlar pul itirir, istisna şəxslərin bəxti gətirir. Necə deyərlər, qumarı oynadan udur.

O baxımdan kuponların neçə faizinə uduş qoyulması yoxlanılmalıdır ki, ədalət tərəzisi gözlənilsin. Təəssüf ki, əhalini qumara təşviq edən “Azərlotereya” ASC bu mizan-tərəzini gözləməyib və küçələrdə hər addımbaşı insanlar soyulmaqdadır. Deyilə bilər ki, kimsə oynamağa məcbur edilmir. Elədir, amma medalın digər üzünə baxmaq lazımdır – bugünədək bu mərc oyunları yoxuydu, pul insanların cibində qalırdı, yalnız azart həvəskarları “Topaz”a gedirdi və bu hal kütləvi deyildi. Azərlotereya isə küçələrdə qumar təşkil etməklə xalqı təşviq edir, sürükləyir. Bu isə xoşagəlməz tendensiyadır. Bir müddət sonra kimisi müflis olacaq, kimisi ev-eşiyində nəyi var satacaq, kimisi borca girəcək, kimisi uduzduğu üçün intihara əl atacaq. Bu cür hallar həyatda çox olub və ictimai bəlaya çevrilib.

Məsələ ilə bağlı tia.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, “Poz qazan” və digər bu tipli ucuz lotoreya oyunları maraqla qarşılanır. Ekspertin fikrincə, bunun da əsas səbəbi ilkin mərhələdə insanlara bir manatlıq lotoreyalarla müəyyən qədər pul qazanabilmə imkanının verilməsidir: ” Vətəndaşlar da ümidlə yaşayırlar ki, yüksək məbləğdə qazanc onlara da qismət ola bilər. Beynəlxalq təcrübəyə əsasən hansı ölkələrdə işsizlik, sosial problemlərlə bağlı məsələlər öndədir, həmin ölkə vətəndaşlarının bu tip oyunlara marağı artır. Bu məsələ qanunvericiliklə indiki halda qadağan edilə bilməz. Lakin sosial çarxlar, müəyyən ictimai müzakirələr vasitəsilə vətəndaşlara bu tipli oyunların onlara böyük ziyan vura biləcəyini çatdırmaq lazımdır”.



Xəbərin oxunma sayı : 1363




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap