“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Azərbaycan çətin anda köməyimizə gəldi“ - Aİ-nin enerji komissarı

Tarix 03.02.23, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclası çərçivəsində Yaşıl Enerji Məşvərət Şurasının ilk iclasını keçirdik. Bununla bağlı sizi təbrik edirəm.

APA xəbər verir ki, bunu Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə mətbuat konfransında deyib.

Aİ komissarı artıq üçüncü dəfə Bakıya səfər etdiyini xatırladıb.

“Azərbaycan etibarlı və etimad etdiyimiz tərəfdaşdır. Bununla bağlı heç bir şübhə yoxdur. Bizim əməkdaşlığımız uzun müddətlidir. Cənub Qaz Dəhlizinin Avropanın enerji bazarında vacib rolu var və biz enerji əlaqələrimizi daha da gücləndirmək istəyirik. Bugünkü iclasda CQD-nin genişləndirilməsi müzakirə olundu. Azərbaycanın bu prosesə fəal qoşulmasını təqdir edirik. Biz Transxəzər layihəsinə də nəzər saldıq. Düşünürəm ki, əməkdaşlığımız təkcə qaz təchizatı ilə məhdudlaşmalı deyil. Azərbaycanın bərpaolunan enerji ilə bağlı gözəl potensialı var. Bu gün bu məsələ də müzakirə olundu. Aİ Azərbaycanı yaşıl enerji sahəsinə sərmayə sahəsində də dəstəkləyir”, - Aİ komissarı qeyd edib.

Kadri Simson diqqətə çatdırıb ki, 2022-ci il çox ağır il olub: “Biz enerji böhranını gördük, Avropada enerji qiymətləri artdı. Rusiya Ukraynada müharibəyə başladı və biz Rusiyadan qaz təchizatını dayandırdıq. Biz müəyyən addımlar atdıq, limit tətbiq etdik. Eyni zamanda, Azərbaycan bu çətin anda köməyə gəldi. Azərbaycan qaz təchizatını artırdı. Biz Azərbaycana təşəkkür edirik”.

Onun sözlərinə görə, qaz təchizatının genişlənməsi üçün Avropaya interkonnektorlar lazımdır: “Avropa İttifaqı olaraq bu infrastrukturlar üzərində işləməliyik və biz artıq bu istiqamətdə sərmayələr yatırırıq. Azərbaycanda hasilat artımı gedir və Xəzərdə digər tərəfdaşlar da ixracda maraqlıdır”.



Xəbərin oxunma sayı : 370




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap