Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti özü bərpa etdi“ - Prezident

Tarix 11.10.21, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, təxminən, 30 il ərzində Azərbaycan ərazilərinin 20%-dək hissəsini işğal altında saxlayıb və həm öz ərazisində, həm də Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciəti zamanı deyib.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistanın Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini yerinə yetirməkdən imtina etdiyinə görə heç bir sanksiya ilə üzləşmədi. Ermənistan daha da irəli gedərək dövlət sərhədində və cəbhə xəttində hərbi təxribatlara əl atmaqla Azərbaycanı yeni müharibə ilə hədələməyə başladı”, - dövlət başçısı bildirib.

O, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücuma başladığını və buna cavab olaraq, Azərbaycan ordusunun öz ərazilərində əks-hücum əməliyyatları keçirərək işğal edilmiş əraziləri azad etdiyini xatırladıb.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını diqqətə çatdırıb: “44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan hərbi-siyasi yollarla Bmt Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan 4 qətnaməsinin icra edilməsini təmin etdi, 30 illik münaqişəni həll etdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”.



Xəbərin oxunma sayı : 820




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap