Röyadan açıq-saçıq paylaşım – FOTO “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı
Axtar
 
  • / Maqazin / — 07 İyun 2021

    Röyadan açıq-saçıq paylaşım – FOTO

  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

  • / Maqazin / — 11 Aprel 2021

    “Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc

“Azərbaycanda ermənilərin statusu olmayacaq!“ - “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”

Tarix 10.05.21, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq".

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident daha sonra bildirib: "O ki qaldı, bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin. Ona görə məsələhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar".

“Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır” - deyə,  Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur:

“Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı.

Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər”.



Xəbərin oxunma sayı : 1375

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda