“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Azərbaycanda evimizdəki kimi hiss edirik“ - Şenol Güneş

Tarix 15.06.21, 17:56

Font ölçüsü : - / +
bitmap-img6


"İtaliyaya qarşı pis oyunla, pis nəticə əldə etdik. Həyat davam edir. Təəssüflənmək əvəzinə daha çox işləməliyik. Uels yığmasına qarşı daha yaxşı oyun göstərməyi və nəticə əldə etməyi hədəfləyirik".

AzFakt.com-un məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa Çempionatının A qrupunda Bakıda Uels seçməsinə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, son iki görüşdəki nəticələr qrupdan çıxmaq üçün kifayət edə bilər: "Daha yaxşı nəticələr gözləyirik. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Problemlərdən danışmaq əvəzinə həll yollarını tapmalıyıq. Hələ qrupdan çıxmaq şansımız var".

Güneş Bakıya gəldikləri üçün xoşbəxt olduqlarını sözlərinə əlavə edib: "Buradakı azarkeşlərə təşəkkür edirik. Stadionda hər şey qaydasındadır".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.



Xəbərin oxunma sayı : 766




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap