“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycanlılar qardaşlarımızdır” - Gürcü nazirdən Dmanisidəki qarşıdurma barədə açıqlama

Tarix 17.05.21, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisiyə gedib.

APA-nın yerli bürosunun xəbərinə görə, Dmanisidə jurnalistlərə açıqlama verən nazir qanun pozuntusuna yol verən hər kəsin sərt şəkildə cəzalandırılacağını deyib.

"Ötən gün baş verənlər olduqca təəssüf doğurur. Biz dünən araşdırmalara başladıq. Kimliyindən asılı olmayaraq qanunu pozanlar ən sərt şəkildə cəzalandırılacaqlar. Azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır. Onlar əsrlərdir birgə yaşayıblar, azərbaycanlılar bizim qardaşlarımızdır. Bu məsələ etnik münaqişə kimi qəbul edilməməlidir. Etnik azərbaycanlılar hər şeydən əvvəl bizim vətəndaşlarımızdır. Azərbaycan bizim strateji tərəfdaşımız, müttəfiqimiz, qonşumuz və dostumuzdur. Biz buna imkan verməməliyik. Məsələnin etnik olduğunu deyənlər ölkəmizin düşmənidirlər və vəziyyəti gərginləşdirmək istəyirlər”, - deyə daxili işlər naziri vurğulayıb.

Gürcüstan DTX-nın rəisi isə qeyd edib ki, Dmanisidə baş verən insident məişət zəminindədir və etnik qarşıdurma kimi qəbul edilməməlidir: "Aidiyyəti şəxslər münaqişə tərəfləri ilə işləyirlər. İnsidentlə əlaqədar saxlanılanlar var və araşdırmalar davam etdirilir”.

Q. Liluaşvili tərəfləri qanun çərçivəsində davranmağa çağırıb.

Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.



Xəbərin oxunma sayı : 859




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap