“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var“ - Blinken

Tarix 01.07.24, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


Vaşinqton administrasiyası hesab edir ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.

“Ölkələr arasında sülh sazişi üçün müstəsna imkan var ki, bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq”, - Dövlət katibi bildirib.

Blinken ölkəsinin diplomatiya vasitəsilə Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdığını vurğulayıb: "Hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına tam cavab verir".



Xəbərin oxunma sayı : 1075




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap