“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - VİDEO

Tarix 29.05.24, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


"Azərişıq” ASC bütün rayon və kəndlərdə elektrik təsərrüfatını yeniləyir. 

AzFakt.com xəbər verir ki, əsaslı təmir və yenidənqurma işləri çərçivəsində Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan rayonlarda da elektrik şəbəkəsi yenidən qurulur.  

Hazırda yenidənqurma işləri Cəlilabadda Günəşli və Axtaxana kəndlərində davam etdirilir. Zərbiəli kəndində isə işlər tamamlanmaq üzrədir. Həmin kəndlərdə 0.4 və 10 kV-luq yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, köhnə güc mərkəzləri yeni KTM-lərlə əvəz edilir. Həmçinin, Biləsuvar rayonunun şəhər mərkəzi, Əsgərabad və Aşağı Cürəli kəndlərində, Masallı rayonunun 4 kəndində – Şərəfə, Ağakişibəyli, Babaser, Köhnə Alvadı kəndlərində elektrik şəbəkəsi yenidən qurulur. Rayonunun ən böyük kəndlərindən biri olan Ərkivan kəndində də yenidənqurma işlərinə start verilib.  

1200 abonentin yaşadığı Astaranın Şiyəkəran kəndində 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar tamamilə yenilənir. Həmçinin, Astaranın Çayoba, Lerikin Zövnə və Züvüc kəndlərinin elektrik təsərrüfatları yenidən qurulur. Yardımlının Perimbel kəndinin elektrik şəbəkəsi artıq tam yenidən qurularaq sakinlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub.

"Azərişıq” ASC ölkənin bütün regionlarında, bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsini yeniləyir. Yenidənqurma işləri abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib. 




Xəbərin oxunma sayı : 1084




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap