Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərişiq“ Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin həcmini açıqlayıb - VİDEO

Tarix 15.04.24, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


"Azərişıq” ASC işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərində yenidənqurma işlərini davam etdirir. O cümlədən, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisində hazırda bir neçə istiqamətdə işlər fasiləsiz olaraq aparılır.

"Azərişıq”dan AzFakt.com-a verilən məlumata görə, Zəngilan rayonunun Ağbənd qəsəbəsindən Bartaz yüksəkliyi istiqamətində 35 kV-luq izolyasiyalı xəttin çəkilişinə start verilib.

Qubadlı rayonu ərazisində də bir neçə istiqamətdə yenidənqurma işləri davam edir. 110/35/10 kV-luq Qubadlı yarımstansiyasından çıxan Fərcan xəttinin yeni dayaqları basdırılır. Sarılı Xəştab kəndi istiqamətində də yeni 35 kV-luq xəttin metal dayaqlarının basdırılması işləri davam etdirilir. Həmçinin, Uzumculuk deyilən ərazi və Güləbirt istiqamətlərində də işlər aparılır.

İki dövrəli Cəbrayıl-Horovlu 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən kabel hava xəttinin layihə üzrə nəzərdə tutulan dayaqlarının əksəriyyəti əkilib, işlər davam edir. Həmçinin, yenidənqurma işləri çərçivəsində iki dövrəli 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən Şükürbəyli xəttinin davamı olaraq Xudafərin xəttinin dayaqlarının basdırılması işləri aparılır.

"Azərişıq” ASC Prezident İlham Əliyevin göstərişləri əsasında işğaldan azad olunmuş ərazilərimizdə, həmçinin, bütün digər regionlarda enerji təsərrüfatının yenidən qurulması istiqamətində işləri uğurla və zamanında yerinə yetirməkdə davam edir.





Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap