Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“AzParking“in əsassız cərimə yazdığı iddia edilir - VİDEO

Tarix 11.06.26, 20:11

Font ölçüsü : - / +
bitmap-img6


"AzParking" tətbiqində "Face ID" ilə təsdiqlənən parklanma seanslarının sonradan sistemdən silindiyi, SMS-lə başlayan ödənişlərin xəbərsiz dayandırıldığı və bəzi kartlardan bir neçə dəfə pul tutulduğu iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər sakini Bahadur Seyidov deyir ki, mayın 19-u, saat 13:00 radələrində Əhməd Rəcəbli küçəsindəki rəsmi parklanma məntəqəsində dayanıb. "AzParking" tətbiqinə daxil olaraq seansı başladıb və ödənişi "Face ID" ilə təsdiqlədib, lakin ona cərimə tətbiq olunub.

Bahadur Seyidov qarşılaşdığı problemlə bağlı "AzParking"ə  müraciət etdiyini bildirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Bildirildi ki, parklanma ilə bağlı yaranan suallar, eləcə də qanunsuz cərimə iddiası ilə əlaqədar vətəndaşlar AYNA-nın "141" çağrı mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət edə bilərlər. Vətəndaşların hər hansı bir fakt üzrə müraciəti araşdırılaraq bilavasitə onların özlərinə təqdim olunur.




Xəbərin oxunma sayı : 1093




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap