Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Büdcədən kinoya ayrılan pula ancaq cizgi filmi çəkmək olar” - Deputat

Tarix 25.05.22, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


“Kino sahəsinə büdcədən 5-6 milyon manat pul ayrılır. Halbuki bütün dünyada bu sahəyə daha çox pul ayrılır və kinodan qazanc 40-60 % artıqlaması ilə qayıdır. Təbii ki, keyfiyyətli kinodan söhbət gedir. İstərdim ki, biz bu məsələyə diqqəti artıraq. Mən demirəm ki, vəsait elə-belə ayrılsın. Vəsait verilsin və bunun nəticəsi tələb edilsin. Bizim büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi komitənin üzvü Rüfət Quliyev deyib.

Rüfət Quliyev inflyasiya ilə bağlı problemə də toxunub: “Təklif edirəm ki, inflyasiya ilə bağlı xüsusi proqram yaradılsın. Biz kənd təsərrüfatının daha sürətlə inkişafı üçün çalışmalıyıq. Kənd təsərrüfatının özümüzün istehlak məhsullarımızı qarşılamasına nail olmalyıq”.

Deputat kredit faizlərinin yüksək olmasına diqqət çəkib: “İnflyasiyanın qarşısını almaq üçün kiçik və orta müəssisələrin açılması lazımdır. Bu da birbaşa maliyyə ilə bağlıdır. Bu, yüksək faizlərlə kreditlərlə mümkün olmur”.

Rüfət Quliyev içməli su probleminin həll edilməməsinə də toxunub: “Lənkəranın 2 kəndində insanlar susuz qalıb, “Azərsu” ilə mütəmadi məktublaşırdıq. Onlar deyir ki, vəsait yoxdur. Həmin kəndlərdə şəhid ailələri və qazilər də yaşayır”.

Deputat təklif edib ki, Hesablama Palatası qanunsuzluqlar edən dövlət adamları, şirkət, müəssisə rəhbərləri barədə məlumatları hüquq-mühafizə orqanlarına təqdim edildikdən sonra hansı tədbirlərin görülməsi barədə ictimaiyyəti məlumatlandırsın. (APA)



Xəbərin oxunma sayı : 727




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap