Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman

Tarix 18.04.24, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb.

Bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın paylaşımnda qeyd olunub.

Bildirilib ki, bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il ötür:

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıqla qətlə yetirilməsinə, onların soyqırımı cinayətinin qurbanına çevrilməsinə səbəb olub. İnsanlıq əleyhinə yönəlmiş bu qanlı qətliam nəticəsində beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulub, içərisində qadınların, uşaqların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, dini, mədəni obyektləri işğal zamanı dağıdılaraq məhv edilib”.

Eyni zamanda vurğulanıb ki, Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmiş şəxslərin dəfn olunduğu yer aşkar edilib:

“Kütləvi şəkildə qətlə yetirilmiş kənd sakinlərinin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və daha sonra ayrı-ayrı dəfn olunub”.



Xəbərin oxunma sayı : 472




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap