Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

“Bakıda fəlakətli vəziyyət var, köçürülməlidir“ - Millət vəkili

Tarix 12.09.24, 12:11

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın köçürülməsi xeyli gecikmiş ideyadır. Hətta torpaqlarımız işğaldan azad olunduqdan sonra bizim tərəfimizdən təklif var idi ki, paytaxt Ağdama köçürülsün. Çünki Ağdam yenidən qurulurdu və bu qurulmada paytaxt üçün lazım olan infrastruktur yaradıla bilərdi.

Bu sözləri Axar.az-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa paytaxtın Bakı şəhərindən köçürülməsinin zəruriliyi haqqında aparılan müzakirələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Bakı çox yükləndiyindən, bununla bağlı tədbir görülməsinə ehtiyac var:

"Bizdə səmərəli, faydalı təkliflər bir az gec, böyük imkanlar itiriləndən, məsrəflər çoxalandan sonra qəbul olunur. Ona görə də bu məsələ hələlik kimsəni düşündürmür. Bakıda fəlakətli vəziyyət yaranıb, artıq paytaxtda hərəkət etmək mümkün deyil. İnsanların vaxtının bir neçə saatı tıxaclarda, yollarda keçir. Bunun əlacını tapmaq lazımdır”.

Fazil Mustafa qeyd edib ki, gələcək paytaxt üçün başqa şəhərlərimiz də uyğundur:

"Bu, Ağdam olmaya da bilər. Bakıdan yüz, yüz əlli kilometr aralıda olan hansısa bir məntəqə də ola bilər. Hər halda, yeni paytaxt modeli düşünülməlidir. Çünki böyük idarələrin, iş yerlərinin burada olması ciddi narahatlıq yaradır. Şəhər yaşanmaz bir vəziyyətə gəlib çıxıb. Bu baxımdan hansısa qərarın qəbul edilməsi vacibdir”.



Xəbərin oxunma sayı : 745




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap