Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“Bank of Baku”nun xalis mənfəəti 35%-dən çox azalıb - Hesabat

Tarix 13.07.24, 15:46

Font ölçüsü : - / +
bitmap-img6


“Bank of Baku” 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində “Bank of Baku”nun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.4% azalaraq 11 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 17 milyon 43 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 7.6% artaraq 45 milyon 811 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8 milyon manata ( illik müqayisədə 54.7% çox), qeyri-faiz xərcləri isə 40.2 milyon manata ( illik müqayisədə 27% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 13 milyon 171 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19% azdır.

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 9.2% və ya 80.2 milyon manat artaraq 951 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında “Bank of Baku” kredit portfeli (müştərilərə verilmiş kreditlər) 8.1% və ya 53.6 milyon manat artaraq 712.7 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 527.5 milyon manat ,biznes kreditləri 142.3 milyon manat, daşınmaz əmlak kreditləri isə 42.9 milyon manat təşkil edib.

Bu dövrdə “Bank of Baku”nın cəmi öhdəlikləri 811 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 10.8% və ya 79.2 milyon manat çoxdur. Hesabat dövründə bankda fiziki şəxslərin və hüquqi şəxslərin depozit portfeli artıb. Belə ki, cari ilin iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 12.1% artaraq 533.3 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 17.4% artaraq 47 milyon manat təşkil edib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 12.5% və ya 64.6 milyon manat artaraq 580.3 milyon manata bərabər olub.

2024-cü il iyul ayının 1-nə “Bank of Baku”nın cəmi kapitalı ilin əvvəlinə nisbətən 0.07% və ya 1 milyon manat artaraq 140 milyon manat təşkil edib.





Xəbərin oxunma sayı : 634




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap