“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Baydenin komandası: yeni siyahı

Tarix 24.06.21, 1:21

Font ölçüsü : - / +
bitmap-img6


Novator.az saytı yenidən ABŞ prezidenti Cozef Baydenin administrasiyasının tərkibinə nəzər salıb.

İyunun 23-nə yalnız bir təyinat rəsmiləşməmiş qalır: İnzibati-Büdcə İdarəsi direktorunun səlahiyyətlərini Şalanda Yunq icra edir.

ABŞ-da hökumət üzvlərinin təyinatını Konqresin yuxarı palatası olan Senat təsdiqləyir. Təyinatı xeyir-dua alan katiblər (nazirlər) bunlardır:

Entoni Blinken – dövlət katibi (xarici işlər naziri)

Lloyd Ostin – müdafiə naziri

Merrik Qarland – ədliyyə naziri (baş prokuror)

Deb Holann – daxili işlər naziri

Alexandro Mayorkas – daxili təhlükəsizlik naziri

Canet Yellen – maliyyə naziri

Cina Raymondo – ticarət naziri

Pit Butticiç – nəqliyyat naziri

Cennifer Qrenholm – energetika naziri

Tom Vilsek – kənd təsərrüfatı naziri

Marşa Fac – tikinti və şəhər inkişafı naziri

Marti Uolş – əmək naziri

Xavyer Beserra – səhiyyə və sosial xidmətlər naziri

Denis Makdonou – veteranlarla iş naziri

Miqel Kardona – təhsil naziri.

Milli Kəşfiyyata Evril Heyns direktorluq edir.

Ketrin Tay ticarət nümayəndəsi, İzabel Qusman Kiçik Biznes Administrasiyasının rəhbəri, Sesiliya Rouz İqtisadi Məşvərətçilər Şurasının sədri, Erik Lender Elm və Texnologiya Siyasəti Ofisinin rəisi, Maykl Stenli Riqan Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi, Linda Tomas-Qrinfild ABŞ-ın BMT-dəki daimi nümayəndəsidir.

Seçkili vitse-prezident postunu Kamala Harris tutur.

Ağ ev administrasiyasının başçısı vəzifəsi Ron Kleynə həvalə olunub. Bu təyinat üçün Senatın təsdiqi gərək deyil.

2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306 nümayəndə qazanıb. Seçicilər Kollegiyasındakı 14 dekabr 2020-ci il səsverməsi də eyni nəticə ilə yekunlaşıb. 2021-ci il yanvarın 7-də Senatın və Konqresin alt qanadı olan Nümayəndələr Palatasının birgə iclasında Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi – Cozef Baydenin prezident seçilməsi təsdiqlənib. Yanvarın 20-də Cozef Bayden and içərək prezident səlahiyyətlərinin icrasına başlayıb.

1942-ci il təvəllüdlü Cozef Bayden 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib. 2009-2017-ci illərdə vitse-prezident olub.



Xəbərin oxunma sayı : 364




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap