“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi - Fotolar

Tarix 30.04.25, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik cəmiyyətin formalaşdırılması və ilk Konstitusiyanın qəbulu bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, 1995-ci ildə qəbul olunan Konstitusiya Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla, insan hüquq və azadlıqlarının təmin olunmasına, hüquqi və dünyəvi dövlətin qurulmasına şərait yaradıb.

Rayon rəhbəri çıxışında vurğulayıb ki, müstəqil Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyini nəzərə alaraq Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi hüquqi dövlət quruculuğuna və suverenliyimizin möhkəmləndirilməsinə verilən yüksək dəyərin göstəricisidir.

Çıxış edən digər natiqlər də Ulu Öndər Heydər Əliyevin konstitusiya quruculuğundakı misilsiz xidmətlərindən bəhs edərək, bu sənədin Azərbaycanın siyasi, hüquqi və sosial inkişafındakı rolunu xüsusi vurğulayıblar.






Xəbərin oxunma sayı : 967




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap