Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO “Hər şey çox yaxşıdır, amma...“ - Renka Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2023

    Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO

  • / Maqazin / — 08 Oktyabr 2023

    Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO

  • / Maqazin / — 04 Oktyabr 2023

    “Hər şey çox yaxşıdır, amma...“ - Renka

  • / Maqazin / — 18 Sentyabr 2023

    Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar

  • / Maqazin / — 12 Sentyabr 2023

    Pərvin mini ətəkdə poz verdi - FOTOLAR

  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

“Bəzi Avropa ölkələri müharibədən yorulduğu üçün Ukraynaya dəstəyi azaltmaq istəyir“ - Britaniya XİN

Tarix 30.09.23, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


“Bəzi Avropa ölkələri Ukraynadakı müharibədən yorulub, ona görə də dəstəyi azaltmaq barədə düşünürlər”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yerli “The House” jurnalına müsahibəsində deyib.

Onun fikrincə, bu, ciddi problemdir. Nazir dünya dövlətlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

C.Kleverlinin sözlərinə görə, Ukraynaya hərbi və iqtisadi yardım göstərmək London üçün çətin və ağrılı qərar olub: “Amma söz verirəm ki, müharibə başa çatana qədər Ukraynaya dəstəyi davam etdirəcəyik. Çünki dəstəyin dayandırılması daha kritik nəticələrə səbəb ola bilər”.

Nazirin fikrincə, rəsmi Kiyev gələcəkdə NATO-nun üzvü ola bilər: “Ancaq bunun nə vaxt baş verəcəyini dəqiq bilmirəm. Çünki Rusiya ilə Ukrayna arasında savaşın nə qədər davam edəcəyi məlum deyil”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks-hücum əməliyyatları keçirir.



Xəbərin oxunma sayı : 838

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap