“Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO Günel Nəfəs barədə: “Başından böyük danışma!“ “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

  • / Maqazin / — 10 Fevral 2024

    Günel Nəfəs barədə: “Başından böyük danışma!“

  • / Maqazin / — 03 Fevral 2024

    “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova

  • / Maqazin / — 06 Yanvar 2024

    “Sevəcəyim şəxs minimum milyonçu olmalıdır“ - Roza Zərgərli

  • / Maqazin / — 05 Yanvar 2024

    Azərbaycanlı model Dubayda ərə getdi - FOTOLAR

“Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq“ - Ərdoğanın müavini

Tarix 04.12.23, 20:07

Font ölçüsü : - / +
bitmap-img6

"Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq" - Ərdoğanın müavini


“Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan münasibətlərinin dünyada tayı-bərabəri yoxdur: “Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına salamlarını gətirmişəm. Bu işbirliyi təkcə iki dövlət arasında olan münasibətlər deyil. Azərbaycan və Türkiyə münasibətlərinin genişlənməsi bütün türk dünyasının münasibətlərinin daha da genişlənməsinə töhfə verir. 6 fevral Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan dövlətinin və xalqının dəstəklərini yaxından hiss etdik. Qardaş köməyindən ötrü Azərbaycan xalqına təşəkkür edirik".

Z.Sarıkaya Azərbaycanın qəhrəman ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfər münasibətilə təbriklərini çatdırıb.

"Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarında qazandığı qələbə ilə Azərbaycan bayrağı bütün Qarabağda və işğaldan azad olunmuş ərazilərdə dalğalanır. "İki dövlət, bir millət" şüarını daim yaşadacağıq. Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik", - o vurğulayıb.



Xəbərin oxunma sayı : 982




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap