“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib“ - VİDEO

Tarix 12.01.25, 22:01

Font ölçüsü : - / +
bitmap-img6


Baku TV-də yayımlanan "O vaxtlar" verilişi budəfəki buraxılışında BDU-nun hüquq fakültəsinin professoru Məhəbbət Dəmirçiyevanın qonağı olub.

Verilişdə "Hüquqşünaslıq ixtisası daha çox hansı cinsə xasdır" sualını cavablandıran Məhəbbət Dəmirçiyeva qeyd edib ki, bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib:

"O vaxtlar hüquq fakültəsində 3-4 qız görərdin. İndi isə qrupda oğlan tapmaq olmur, hamısı qızdır. Bilmirəm, bu nə dərəcədə yaxşıdır, nə dərəcədə pisdir, amma seçim onlarınkıdır. Belə bir söz var, hüququn bir tərəzisi var, o tərəziyə qadın baxışı daha ədalətli olur. Çünki o təkcə hüquqşünas yox, həm ana, həm qadın, həm də kiminsə həyat yoldaşı olur, çalışır ki, tarazlıq pozulmasın".

Professor hüquqşünasların sosial verilişlərdə aktiv olmasına münasibət bildirib:

"Əslində, hüquqşünasların sosiallaşmasına, ictimaiyyətə hüquqlarını izah etmələrinə çox sevinərəm. Ancaq onların bir qrupunun məqsədi heç də kiməsə xidmət etmək deyil. Bəziləri irəli getmək üçün yaltaqlıq edir, dəridən-qabıqdan çıxırlar. Bu, mənim sevmədiyim bir şeydir".

M.Dəmirçiyevanın sözlərinə görə, ölkədə özünü psixoloq kimi qələmə verənlərin əksəriyyətinin bu sahəyə aidiyyəti yoxdur:

"Ölkənin 50 faizi başqa universitet qurtarıb, hərəsi bir dənə sertifikat alır, maşınının içinə qoyur, gələnə göstərir ki, psixoloqdur. Mən rica edirəm, psixoloqun geyiminə, özünü reklam etmək formasına baxın. Birinci növbədə onların əsas işi bahalı maşın sürmək, bir də açıq geyinməkdir. Bunu da onları yaxşı qəbul etsinlər deyə edirlər. Psixoloq dərman yazır, onların çoxunun elə özünü müalicə etmək lazımdır. Dünənə qədər Azərbaycanda heç psixoloq kimdir bilmirdilər. Psixoloqun abırlısı, həyalısı da var, amma onları sayıb verilişə çağıran yoxdur".





Xəbərin oxunma sayı : 862




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap