Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

İcra başçısı COVİD-19 əleyhinə 3-cü doza peyvənd olundu - FOTO

Tarix 27.10.21, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


Ölkəmizin bütün regionlarında olduğu kimi, Sabirabad rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir və eyni zamanda “booster” doza ilə peyvəndolunma mərhələsinə başlanılmışdır. 

27 oktyabr 2021-ci il tarixində Sabirabad rayon icra hakimiyyətinin
başçısı Siraqəddin Cabbarov vaksinasiya prosesinin gedişi ilə maraqlanmaq və 3-cü doza (“booster” doza) peyvənd olunmaq məqsədilə rayon Gənclər Mərkəzində yaradılmış şəraitlə tanış olub, lazimi tövsiyələrini vermişdir. 
Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Ənvər Lümanov
əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün rayon Gənclər Mərkəzində bütün zəruri tədbirlərin görülməsi,  bu məqsədlə ayrılmış xüsusi otaqların TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilməsi barədə məlumat verib.

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov peyvəndən öncə həkim tərəfindən müayinə edilib, hərarəti və təzyiqi ölçülüb. Daha sonra vaksinasiya üçün ayrılmış xüsusi otaqda tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə 3-cü doza (“booster” doza) peyvənd olunub. Siraqəddin Cabbarov qaydalara uyğun olaraq, həkim nəzarəti altında 30 dəqiqə gözləmə otağında saxlanılıb. Daha sonra vaksin vurdurmaq üçün Gənclər Mərkəzinə gələn sakinlərlə səmimi söhbət edən icra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində  olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu və 3-cü doza (“booster” doza) peyvənd olunmanın əhəmiyyətini qeyd edərək, bu ümumrespublika kampaniyasında  hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb. Həmçinin qeyd olunub ki, bu günə kimi Sabirabad rayonu ərazisində COVİD-19 infeksiyasına qarşı 1-ci doza 79965 nəfər (44.35%), 2-ci doza 66998 nəfər, 3-cü doza (“booster” doza) isə 1300 nəfərə yaxın peyvənd olunmuşdur.

Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap