Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli
Axtar
 
  • / Maqazin / — 29 Noyabr 2021

    Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO

  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

İcra başçısı maşınla adam vurub? - Sensasiyalı iddia ilə bağlı açıqlama

Tarix 25.10.21, 15:28

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi onlayn kütləvi informasiya vasitələrində guya Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı məlumat dərc olunub.

Məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir. Ümumiyyətlə belə bir hadisə baş verməyib və kökündən yanlışdır.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb.

“Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək.”

Qeyd edək ki, yayılan xəbərlərdə Mirhəsən Seyidovun maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk etdiyi bildirilir. Xəbərə görə, hadisə dünən axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında baş verib. Pia.az bildirib ki, icra başçısı idarə etdiyi “Toyota Camry” markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

İcra başçısının evinə gələn polislər başçının maşınına baxış keçirmək istərkən, başçı onlara mane olmaq istəyib. Lakin polisin prinsipiallığı nəticəsində Mirhəsən Seyidovun həyətində hadisəni törədən maşın aşkarlanıb və sənədləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Baş verənlərlə bağlı mərkəzi qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı polis tədqiqatı davam edir.



Xəbərin oxunma sayı : 706

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap