Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Dünya daha bir Xirosimaya şahid olmamalıdır” - Səudiyyə şahzadəsi

Tarix 21.09.23, 22:28

Font ölçüsü : - / +
bitmap-img6


“Əgər hər hansı ölkə nüvə silahından istifadə etsə, bu onun bütün dünya ilə müharibə etdiyi anlamına gələcək”.

Bu sözləri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, dünya daha bir Xirosimaya şahid olmamalıdır.

“Dünya daha bir Xirosimaya şahid ola bilməz. Əgər dünya 100 min insanın öldüyünü görsə, bu o demək olacaq ki, siz dünyanın qalan hissəsi ilə müharibə vəziyyətindəsiniz”, - deyə Məhəmməd bin Salman bildirib.
Bununla belə o qeyd edib ki, əgər İran nüvə silahına sahib olarsa, Səudiyyə Ərəbistanı da nüvə silahını əldə etmək məcburiyyətində olacaq. Şahzadə əmindir ki, bu, qüvvələrin tarazlaşdırılmasına imkan verəcək.  

“Əgər İran nə vaxtsa belə silahlar əldə edərsə, Səudiyyə Ərəbistanı da təhlükəsizlik və güclərin tarazlaşdırılması baxımından onları əldə etməli olacaq”, - deyə o bir daha vurğulayıb.

Mənbə: News.ru



Xəbərin oxunma sayı : 1303




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap