“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şəhidə hörmətsizlik edən icra başçısı təşviş içində - Bir-birini təkzib edən açıqlamalar - Video

Tarix 28.09.21, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Oğuz rayon Şəhidlər Xiyabanında şəhidlərin məzarı üzərindən əklillərin zibilliyə atılmasıyla bağlı yaranmış qalmaqal böyüyür.

İcra Hakimiyyətinin günlərdir apardığı araşdırma “nəticə” verib.

İcra Hakimiyyətindən saytımıza bildirilib ki, guya, Şəhidlər Xiyabanında təmir işləri getdiyi üçün başçı müavini Etibar Yusifov kommunal xidmət işçilərinə əklilləri götürüb məktəbə yerləşdirməyi tapşırıb:

“Kommunal xidmət işçiləri isə həmin əklilləri açıq bir sahəyə yığıblar. Həmin vaxt külək olduğu üçün əklil və bayraqlar ətrafa dağılıb”.

Maraqlıdır, əgər bunun dəqiq cavabı var idisə, günlərdir, nəyin araşdırması aparılırdı? Belə çıxır ki, günah küləkdə imiş.

Halbuki şəhid valideynləri şəhidlərin məzarı üzərindən təzə-tər əklillərin və bayraqların götürülərək, zibilliyə atılmasının səbəbini İcra Hakimiyyətindən öyrənməyə çalışanda Etibar Yusifov onlara “əcəb etmişik” cavabını vermişdi.

Oğuz İH bu gün daha bir açıqlama ilə məsələdən yayınmaq istəyib.

İcra başçısının digər müavini Yusif Naxçıvanskinin verdiyi məlumata görə, ötən gün rayonda möhtəşəm tədbir keçirilib və şəhid ailələrindən əklil məsələsinə görə üzr istənib.

Bakupost.az-ın şəhid ailələrindən əldə etdiyi məlumata görə isə ötən gün İcra Hakimiyyəti Anım Günü tədbiri keçirsə də, şəhidlərə qarşı hörmətsizliyə görə heç bir şəhid valideynindən üzr istənilməyib və ümumiyyətlə, bu məsələ ilə bağlı heç bir məlumat verilməyib.

Digər bir məlumata görə, Prezidentin yaxın zamanda Oğuza səfəri gözlənildiyindən İcra Hakimiyyəti təşvişə düşüb. İcra başçısı rayonda baş verən bu biabırçı hadisənin Prezidentə çatdırılmasından narahatdır.

Buna görə də, hazırda İH-da siyahı hazırlanır və Prezidentlə görüş üçün dəvət ediləcək şəhid ailələri müəyyənləşdirilir. Bu siyahıya isə üzərindən əklillər və bayraqlar götüzdürülən şəhidlərin valideynləri salınmayıb.







Xəbərin oxunma sayı : 424




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap