Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO “Hər şey çox yaxşıdır, amma...“ - Renka Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2023

    Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO

  • / Maqazin / — 08 Oktyabr 2023

    Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO

  • / Maqazin / — 04 Oktyabr 2023

    “Hər şey çox yaxşıdır, amma...“ - Renka

  • / Maqazin / — 18 Sentyabr 2023

    Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar

  • / Maqazin / — 12 Sentyabr 2023

    Pərvin mini ətəkdə poz verdi - FOTOLAR

  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

“Erməniləri yaşayış yerlərini tərk etməməyə çağırırıq” – Azərbaycan XİN

Tarix 28.09.23, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizləmə"yə məruz qaldığı barədə 28 sentyabr 2023-cü il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyana cavabında bildirilib.

Qeyd olunub ki, bu cür həyəcan təbili çalan rəvayət, Ermənistan baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, o cümlədən Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstərdiyi səyləri pozmağa və Azərbaycan ilə Ermənistan arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib.

"Ermənistan rəhbərliyi, Azərbaycanın mərkəzi hökumət institutlarının operativ şəkildə Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün zəruri humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə və təcili ehtiyaclarının ödənilməsinə başladığını nəzərdən qaçırır.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq.

Ermənistan, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına fokuslanmalıdır", - XİN-dən qeyd olunub.



Xəbərin oxunma sayı : 1075

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap