Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

“Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır“ - Hikmət Hacıyev

Tarix 21.11.23, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib. Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfrans çərçivəsində xarici jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən xoş niyyət göstərilərsə, sülh müqaviləsinin imzalanmasında hansısa maneə görmür.

"Ancaq Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır. Bizim üçün müharibə bitib, yeni status-kvo yaranıb. Bundan əvvəlki status-kvo tam fərqli və qəbuledilməz idi. İndiki status-kvonun əsasını isə beynəlxalq hüquq təşkil edir. Ona görə də sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Yaxın gələcəkdə sülhün görünüb-görünməməsi ilə bağlı bir şey demək çətindir. Üçüncü tərəfləri regiona daşımaqdansa, iki tərəf arasındakı danışıqları irəli aparmaq lazımdır. Qapıların qapalı qalması Ermənistanın işğalçı, təcavüzkar siyasətinin nəticəsidir. Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər, təbii ki, normallaşa bilər".



Xəbərin oxunma sayı : 1012




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap