Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Gömrükdə xanım iş adamlarından 40 min manat əlavə pul istəyiblər” – Natiq Cəfərli

Tarix 04.08.21, 17:55

Font ölçüsü : - / +
bitmap-img6


“İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Gömrük Komitəsinin vecinə də deyil”.

Bu fikirlər “Respublikaçı Alternativ” (REAL) partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərliyə məxsusdur.

İqtisadçı iki xanım iş adamının Gömrük Komitəsindən şikayətlərini feysbuk profilində paylaşıb: “Dünən iki iş adamı xanımla görüşdüm, çox enerjilidirlər, çox ideyaları var, ölkədə istehsal qurmağı düşünürlər, bizneslərini böyütmək istəyirlər, möhtəşəm insanlardır, amma ki, Gömrük Komitəsindən ciddi şikayətləri var. Fotodakı xanımlardan biri “Ambiancemed” şirkətinin rəhbəri Elnarə Əliyevadır, xaricdə təhsil alıb, yaxşı mütəxəssisdir.

İyunun 2-si Avropadan ölkəyə Bioloji Qida Əlavəsi məhsulları gətirib. Şirkətin malını 35 gün TİR-lə birlikdə maşının içərisində saxlayıblar, buna görə 9000 avro əlavə olaraq ödəməli olub. Niyə saxlayıblar?! Çünki sənədlərə görə rüsum 20000 AZN-ə yaxın olduğu halda, əlavə olaraq 40000 pul istənib, sonra 30000 AZN-ə düşüblər (bazardı da elə bil), indi isə bir az daha endirim ediblər, amma xanım iş adamı prinsipial olaraq artıq ödəmək istəmir, qanun nə deyir, onu tələb edir.

İş adamı məhsulu TİR-də qanunsuz saxladıqları üçün Gömrük Komitəsini məhkəməyə verib, məhkəmə ədalətli qərar verib (buna sevindim, açığı), məhsulu məhkəmə qərarı ilə öz depolarına boşaldıblar ki, TİR-ə daha əlavə ödəniş verməsinlər. Məhsul plomb altında saxlanılır, amma hələ də Gömrük Komitəsi məhsulun sənədlərini qəbul edib qanuni ödənişlə rəsmiləşdirmək istəmir. Belə yanaşma ilə ölkədə necə biznes mühiti olacaq?! Hansı xarici investordan söhbət gedə bilər?! Bu Komitə bu qədırmi önəmli, dəyərlidir ki, dövlət orqanları problemləri görməzdən gəlirlər?! Nə isə…”.

Dövlət Gömrük Komitəsi məsələyə rəsmi münasibət bildirməyib.



Xəbərin oxunma sayı : 784




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap