“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Əhalinin dərman xərcləri xeyli artıb - VİDEO

Tarix 17.09.25, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Vətəndaşların dərman peraparatları və tibbi ləvazimatlara xərclədikləri vəsaitin məbləği 21 faiz artıb.

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, bu ilin 8 ayında dərman və tibbi ləvazimatların alınmasına əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə 210 milyon manat çox vəsait xərclənib. Bu isə kifayət qədər ciddi rəqəmdir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü millət vəkili Pərvanə Vəliyeva bildirir ki, ölkədə dərmanlara tələbatın artmasının müxtəlif səbəbləri var. Bunlardan ən vacibi isə səhiyyə xidmətlərinə əlçatanlığın təmin olunmasıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 3315 tibbi xidmət daxildir. Təcili və təxirəsalınmaz tibbi yardım və stasionar tibbi xidmət zamanı istifadə olunan dərman və tibbi sərf, eləcə də ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır. Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması ilə bağlı isə hazırda həm hüquqi, həm də texniki mexanizmlərin formalaşdırılması üzrə kompleks hazırlıq tədbirləri görülür. Elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması üçün texniki işlər aparılır. İşlər başa çatdıqdan sonra gələn ildən ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələri Xidmətlər Zərfinə daxil ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





Xəbərin oxunma sayı : 1060




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap