Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Haniyəyə edilən xain sui-qəsdi lənətləyirəm” – Ərdoğan

Tarix 31.07.24, 13:29

Font ölçüsü : - / +
bitmap-img6


“Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəyə qarşı həyata keçirilən xain sui-qəsdi qətiyyətlə pisləyir və lənətləyirəm”.

AzFakt.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında bildirib.
“Bu sui-qəsd Fələstin davasını, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmağa, fələstinliləri ruhdan salmağa və qorxutmağa yönəlmiş alçaq bir hərəkətdir”, - Ərdoğan qeyd edib.
O, Haniyəyə qarşı sui-qəsdin məqsədinin Şeyx Əhməd Yasin, Əbdüləziz Əl Rantisi və bir çox digər Qəzzalı siyasi xadimlərə qarşı iyrənc hücumların məqsədi ilə eyni olduğunu bildirib.
“Lakin sionist barbarlığı indiyə qədər olduğu kimi öz məqsədlərinə çata bilməyəcək”, - Türkiyə lideri deyib.
Ərdoğan həmçinin İslam dünyasının güclü mövqeyi və bəşəriyyətin möhkəm ittifaqı nəticəsində Qəzzadakı zülm və soyqırım başda olmaqla İsrailin həyata keçirdiyi terrorun sona çatacağını, bölgənin və dünyanın sülhə qovuşacağını bildirib.
“Bunun üçün biz Türkiyə olaraq bütün yollardan istifadə etməyə, bütün qapıları açmağa və Fələstinli qardaşlarımızı bütün imkanlarımız və bütün gücümüzlə dəstəkləməyə davam edəcəyik. Biz 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan azad, suveren və müstəqil Fələstin dövlətinin qurulması üçün işimizi davam etdirəcəyik”, - Ərdoğan əlavə edib.



Xəbərin oxunma sayı : 592




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap