“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Hava limanını Türkiyənin qoruması ABŞ üçün həyati əhəmiyyət daşıyır“ - Dövlət müşaviri

Tarix 22.07.21, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


“Əfqanıstanın paytaxtı Kabuldakı hava limanının təhlükəsizliyini Türkiyənin təmin etməsi ABŞ üçün həyati əhəmiyyətə malikdir”.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin xarici işlər üzrə müşaviri Viktoriya Nuland Senatın Xarici əlaqələr komitəsində keçirilən “ABŞ-ın Türkiyə siyasəti” adlı toplantıda bildirib.

Onun sözlərinə görə, Vaşinqton Ankara ilə başda terrorçuluğa qarşı mübarizə olmaqla Ukrayna və Liviya kimi ölkələrdə regional məsələlərdə yaxından əməkdaşlıq edir: “Türkiyə Suriyanın şimalında 4 milyon suriyalını Bəşşar Əsəd rejiminin hücumlarından qoruyub. Bununla da dünyada yeni qaçqın axının qarşısını alıb. Bundan başqa, Türkiyə dünyanın ən böyük qaçqın düşərgəsi yerləşən ölkəsidir. 3,6 milyonu suriyalı olmaqla 4 milyon qaçqına sığınacaq verdiyinə görə bu ölkəyə minnətdarıq”.

ABŞ və NATO hərbçilərinin Əfqanıstanda missiyalarını başa vurduqdan sonra Türkiyənin Kabuldakı hava limanında güc saxlamaq istəyinə münasibət bildirən müşavir deyib: “Bundan ABŞ rəhbərliyi olaraq son dərəcə məmnun olardıq. Bu, müttəfiqlərimizin və ortaqlarımızın hərbi birliklərimiz geri çəkildikdən sonra Kabulda güclü bir diplomatik mövcudluğu saxlaya bilməyimiz üçün həyati əhəmiyyət daşıyır”.



Xəbərin oxunma sayı : 703




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap