“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Çin kəşfiyyatı Qazaxıstanın dövlət sirlərini oğurlayıb – Hakerlər ən məxfi datalara necə sızıb?

Tarix 26.02.24, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Bir qrup çinli hakerin iki il ərzində Qazaxıstan telekommunikasiya operatorlarının infrastrukturuna giriş əldə etdiyi məlum olub. Bu ilin fevral ayında naməlum şəxslər Çin Təhlükəsizlik Nazirliyinin podratçılarından biri olan infromasiya şirkətindən sızan məxfi məlumatları dərc ediblər. Bu məlumatlara görə, Çində fəaliyyət göstərən və dövlətin sifarişlərini yerinə yetirən haker qrupu son iki ildə Qazaxıstan telekommunikasiya operatorlarının kritik infrastrukturuna tam giriş əldə edib.

“New York Times” qəzetinin yazdığına görə, sızdırılan sənədlərdə, Çin təhlükəsizlik xidmətində müxtəlif ölkələrin hökumətləri və telekommunikasiya şirkətləri barədə məlumatlar toplanıb. Qazaxıstan Çin məxfi xidmətləri üçün xüsusi maraq kəsb edib. Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi 20 fevral 2024-cü il tarixində verdiyi açıqlamada sızdırılan məlumatları təhlil etməyə başladığını bildirib. Çinin haker qrupunun iki ildir Qazaxıstanın dövlət infrastrukturlarında yerləşərək məlumat toplaması aysberqin görünən hissəsidir. Məlumata görə, açıqlanan skrinşotlardan birində Qazaxıstan Müdafiə Nazirliyinin serveri ilə bağlı məlumatlar da var. Qazaxıstanın dövlət aviaşirkəti “Air Astana” haqqında məlumatları özündə əks etdirən fayllar da aşkarlanıb.

Çinli hakerlərin marağında başqa dövlətlər də olub. Qırğızıstan, Monqolustan, Pakistan, Malayziya, Nepal, Türkiyə, Hindistan, Misir, Fransa, Kamboca, Ruanda, Nigeriya, Honq Konq, İndoneziya, Vyetnam, Myanma, Filippin və Əfqanıstanla bağlı da məxfi məlumatlar aşkarlanıb. Sızdırılan fayllarda həmçinin Çindəki etnik azlıqların və onlayn qumar şirkətlərinin fəaliyyətinin izlənildiyi də məlum olub.

Bundan başqa sızdırılan məlumatlarda konkret şəxslər barədə məlumatların toplandığı aşkarlanıb. Çinli hakerlər müəyyən şəxslər tərəfindən edilən zəngləri, danışıqları və səyahət yerlərini izləyiblər. Sızma Çin kəşfiyyatının proqram təminatına, Windows, Mac, iOS və Android üçün troyan proqramlarına, sosial şəbəkə istifadəçilərinin anonimləşdirilməsi sistemlərinə, Wi-Fi sındırma avadanlığından istifadə üsullarına da işıq salır. Təhlillər göstərir ki, oğurlanmış məlumatların həcmi kifayət qədər böyükdür və bəzi hallarda terabaytlarla ölçülür.

Məlumatların həcmi və xarakteri Qazaxıstanın informasiya təhlükəsizliyi sistemindəki səhvləri aşkara çıxarıb. Qazaxıstana aid məlumat bazasının sızması Çinin aktiv olduğu ölkələrdə bu cür sistemlərin zəifliyindən istifadə etməsinin nümunəsidir. Çin əksər ölkələrin kompüter sistemlərini sındırmaq üçün davamlı səylərlə məşğuldur.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 778




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap