“Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

“Kənd təsərrüfatı təyinatlı ərazilərin 25 %-nin sığorta təminatı var“ - Məcnun Məmmədov

Tarix 20.06.24, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda kənd təsərrüfatı təyinatlı ərazilərin 25 %-nin sığorta təminatı var.

AzFakt.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.

"Azərbaycanda aqrar sığorta modelinin əsas xüsusiyyətlərindən biri onun kifayət qədər geniş əhatə dairəsinə malik olmasıdır. Fermerlərə 41 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə 8 riskdən sığorta təminatı təklif edilir. Təklif edilən aqrar sığorta xidmətləri ölkədə fəaliyyət göstərən fermerlərin 96 %-i üçün xidmətlərin əlçatanlığını təmin edir. Aqrar Sığorta Fondunun təminat verdiyi fermerlərə baş vermiş sığorta hadisələrinə görə ödədiyi təzminatlar ildən-ilə artmaqdadır. Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir", - deyə o qeyd edib.

"Aqrar sığorta sektoru ilə bağlı hədəflərimiz genişdir. Yaxın gələcəkdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur. Eyni zamanda vurğulamaq istərdim ki, ölkəmizdə uğurla tətbiq olunan sığorta modeli müxtəlif ölkələr tərəfindən maraqla qarşılanmaqdadır. Bu istiqamətdə qardaş Özbəkistanla olan əməkdaşlığı nümunə verə bilərəm", - deyə nazir əlavə edib.



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap