Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İki şirkət 93 milyardlıq vaksin satacaq - Peyvənd bazarında canlanma gözlənilir

Tarix 18.10.21, 20:57

Font ölçüsü : - / +
bitmap-img6


"BioNTech/Pfizer" və "Moderna" şirkətləri gələn il COVİD--19-a qarşı vaksin bazarında dominant mövqeyini saxlayacaq. Bu barədə “Financial Times” qəzetində dərv olunan məqalədə qeyd olunub. Qeyd olunur ki, adıçəkilən şirkətlər gələn 93.2 milyard dollarlıq vaksin satacaqlar. Bu, 2021-ci ildən iki dəfə artıq satış deməkdir. Sağlamlıq datasının təhlili şirkəti olan “Airfinity”-nin hesablamalarına görə, messencer RNT əsaslı vaksin hazırlamış şirkətlər 2022-ci ildə Çindən kənar vaksin bazarının 75 faizinə nəzarət edəcək.

Onların rəqibləri olan "AstraZeneca", "Johnson & Johnson", Rusiyanın "Sputnik V", eləcə də bazara yeni daxil olan "Novavax" vaksin bazarının qalan hissəsini tutur. Bu bazarın ümumi dəyərinin gələn il iki dəfə artaraq 124 milyard dollara yüksələcəyi gözlənir.

"BioNTech/Pfizer"-in 54.5 milyardlıq, "Moderna"nın isə 38.7 milyard dollarlıq vaksin satacağı proqnozlaşdırılır. “Airfinity” rəhbəri Rasmus Bek Hansen bu rəqəmləri misli görünməmiş adlandırıb.

“2022-ci ildə satış səviyyəsinin yüksək olaraq qalacağını gözləyirik. Çünki ölkələr xəstəliyə qarşı qorumanı saxlamaq istəyirlər. Az və ortagəlirli ölkələr isə yüksək gəlirli ölkələrin artıq əldə etdiyi vaksinasiya səviyyəsinə çatmağa çalışırlar”, – o deyib.

Qəzet digər təhlilçilərin bu rəqəmlərlə razılaşmadığını da qeyd edir. Məsələn, “SVB Leerink” investisiya bankının proqnozuna görə, "BioNTech/Pfizer" bu il 39.5 milyard dollarlıq vaksin satacaq, amma gələn il bu rəqəm 9 milyarda düşəcək. Səbəb isə qiymətlərin düşməsi, zəngin ölkələrin tələbatının azalması, daha çox rəqabətin yaranmasıdır.

“Airfinity” "BioNTech/Pfizer"in bu il 31.3 milyardlıq, "Moderna"nın isə 17.6 milyard dollarlıq vaksin satacağını proqnozlaşdırır.

Bir sıra ölkələr artıq yaşlılara, risk qrupunda olanlara buster, yəni gücləndirici dozalar təklif etməyə başlayıb. “The Washington Post” yazır ki, bir çox amerikalı özündə anticism səviyyəsini bilmək üçün test verir. Amma yoluxucu xəstəliklər üzrə ekspertlər bunu ağılsızlıq sayırlar. Çünki seroloji testlər adamların istədiyi cavabı verməkdə acizdir.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, eləcə də Qida və Dərman Administrasiyası bədəndə Covid-19-a qarşı immunitetin səviyyəsini müəyyənləşdirmək üçün anticisim testi verməməyə çağırırlar. Amerikanın Yoluxucu Xəstəliklər Cəmiyyəti də bu yanaşmaya tərəfdardır.

Bəzi ştatlarda spesifik məqsədlərlə hədəfli anticisim testləri götürülür. Amma qəzet heç bir ştatın vətəndaşlar üçün bunu təşviq etmədiyini yazır.Məsələ ondadır ki, bu testlər qanda koronavirusa qarşı antcismlərin miqdarını aşkarlayır. Amma heç alimlərin özləri də bundan ötrü nə qədər anticisimin gərəkdiyini bilmirlər. Anticismlər orqanizmin bədənə düşən bakteriya, yaxud virusu neytrallaşdırmaq üçün hazırladığı zülal molekullarıdır.

“Gəldiyimiz yol böyük deyil və biz immunitetin hansı miqdarda yarandığını bilmirik”, – Tufts Tibb Mərkəzindən Meri Hopkins deyib.

Hazırda dünyada 240 milyon 700 minə yaxın insan koronavirusa yoluxub. Rəsmi ölü sayı isə 5.1 milyon nəfərdir. (azadliq.org)



Xəbərin oxunma sayı : 811




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap