“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Kremlin nüvə təhdidlərindən qorxmayın” – NATO-nun yeni baş katibi

Tarix 12.10.24, 12:19

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar Vladimir Putinin artan nüvə təhdidləri Qərbdə birmənalı qarşılanmır.

“AzPolitika” xəbər verir ki, NATO-nun yeni Baş katibi Mark Rutte Putinin nüvə hədə-qorxusuna münasibərt bildirib. O deyib ki, NATO üzvləri Qərbin Ukraynaya hərbi dəstəyini zəiflətmək məqsədilə Kremlin yaratdığı nüvə təhdidlərindən qorxmamalıdır. Onun sözlərinə görə, gələn həftə başlayacaq NATO ölkələrinin nüvə təlimləri alyansın bu cür təhdidlərə cavab verməyə hazır olduğunu nümayiş etdirəcək.

Cümə axşamı Rutte Londonda Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüşüb və sonra onunla Volodimir Zelenski arasında aparılan danışıqlarda iştirak edib. Ukrayna Prezidenti “qələbə planını” müzakirə etmək və silah tədarükünü artırmaq, eləcə də Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli zərbələr endirmək məsələsini bir daha müzakirə etmək üçün əsas Avropa ölkələrinə səfərə çıxıb.

Bundan əvvəl Vladimir Putin deyib ki, Rusiyanın dərinlikərinə zərbə endiriləcəyi halda, Moskva buna NATO ölkələrinin Rusiya - Ukrayna qarşıdurmasında birbaşa iştirakı kimi baxacaq və bu, “artıq münaqişənin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişdirir”. Onun sözlərinə görə, Rusiyadakı hədəflərə qarşı strateji aviasiya, qanadlı raketlər, PUA-lar kimi aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması ilə bağlı “etibarlı məlumat” alındığı halda nüvə silahından istifadə imkanları nəzərdən keçiriləcək.



Xəbərin oxunma sayı : 613




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap