“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ölümcül qripdən necə qorunmaq olar? - VİDEO

Tarix 15.01.25, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


Yanvar ayı daxil olandan iki azyaşlı yüksək qızdırmadan dünyasını dəyişib.

Hər ikisində qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib.

Xezerxeber.az-ın məlumatına görə, 20 saylı şəhər poliklinikasının baş həkimi- terapevt Nigar Abdullayeva deyir ki, qrip virusu bəzən daha şiddətli əlamətlərlə özünü göstərə bilir. Çox vaxt qripə yoluxan azyaşlılarda hərarəti salmaq çətin olur.

Bu səbəbdən ağır nəticələrdən özümüzü və uşaqları qorumaq üçün ildə 1 dəfə qrip əleyhinə peyvənd olunmalıyıq.

Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirilir ki, əsasən uşaqlar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün qrip vaksini vacibdir. Respirator virus infeksiyalarının ilkin əlamətləri qeydə alındıqda mütləq tibb müəssisəsinə müraciət etmək, həkim təyinatı əsasında müalicə olunmaq lazımdır. Bu zaman ağırlaşmaların və xəstəliyin yayılmasının qarşısı alınır. TƏBİB-dən verilən məlumata görə, sentyabr ayından yanvarın 1-dək Azərbaycanda 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub.






Xəbərin oxunma sayı : 862




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap